Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR İstiqrazlarının 4-cü kupon ödənişi edildi
SOCAR İstiqrazlarının 4-cü kupon ödənişi edildi

100 milyon ABŞ dolları həcmində emissiya edilən, 400 milyon ABŞ dollarına yaxın tələb görən 2-ci SOCAR İstiqrazlarının sayca 4-cü kupon ödənişi 2022-ci il 1 noyabr tarixində baş tutub və növbəti dəfə sahiblərinə 1 milyon 125 min ABŞ dolları məbləğində gəlir qazandırıb.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və kupon gəlirləri üç aylıq qrafiklərlə ödənilən 2-ci SOCAR İstiqrazlarının 1,125 milyon ABŞ dolları məbləğində rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.

Tədavülə buraxıldığı son bir il ərzində təkrar bazar əməliyyatları həcminin 24 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 300-ə çatması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın  göstəricisidir.

SOCAR İstiqrazlarının sahibləri REPO əməliyyatı vasitəsilə uyğun şərtlərlə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15%-lə Manat kreditləri cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4,5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9–10%-dək enmiş olur.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin 1 fevral tarixində baş tutacaq, 5 illik müdddətin sonunda investorlara ümumilikdə 22,5 milyon ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş olacaq.

Ətraflı məlumat üçün *1999 socarcapital.az, socaristiqraz.az

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »