Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Rusiyaya yüksək dəqiqlikli raketlər göndərir - CNN
İran Rusiyaya yüksək dəqiqlikli raketlər göndərir - CNN

İran hakimiyyəti Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya minə yaxın əlavə silah, xüsusən də hücum pilotsuz təyyarələri və ballistik raketlər göndərməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN İranın silah proqramına nəzarət edən Qərb dövlətinin rəsmilərinə istinadən yazıb.

Bildirilir ki, bu, Rusiyaya ilk dəfə olaraq yüksək dəqiqliklə idarə olunan raketlər verəcəyi üçün İrandan gələcək göndəriş diqqətlə izlənir. Həmsöhbətlər Rusiyanın ilin sonuna qədər yükü alacağını bildiriblər.

İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya 1000-ə yaxın əlavə silah, o cümlədən qısa mənzilli yer-yer ballistik raketləri və daha çox hücum pilotsuz təyyarələri göndərməyə hazırlaşır.

Avqust ayında İranın Rusiya Federasiyasına 1000 pilotsuz təyyarə satdığı məlum olub. Maraqlıdır ki, İran tərəfi Rusiyaya pilotsuz təyyarələrin satışını inkar edir. Rusiya da İrandan PUA almssı barədə xəbərləri təkzib edir. Amma Ukrayna ordusu İran isetsalı olan pilotsuz uçuş aparatlarını buraraq ələ keçirdiklərini deyirlər. Hətta bununla bağlı görüntülər də paylaşırlar.

Oktyabrın 11-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın İrandan 2400 kamikadze dron sifariş etdiyini bildirib. Daha sonra "Reuters" yazıb ki, İran hakimiyyəti Rusiya Federasiyasına ballistik raketlər və daha çox pilotsuz uçuş aparatları verməyə razılaşıb.

Oktyabrın 20-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iranlı müşavirlərin və pilotsuz təyyarələrdən istifadə üzrə təlimatçıların işğalçıların yanına gəldiyini paylaşıb. Ordunun Hərbi Hava Qüvvələrinin komandanlığı ötən şənbə gügü bildirib ki, İran istehsalı olan 300-dən çox kamikadze pilotsuz uçan aparat artıq məhv edilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »