Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əlləri qana batmış biri dünya liderləri ilə bir masada oturmamalıdır"
"Əlləri qana batmış biri dünya liderləri ilə bir masada oturmamalıdır"

Ukrayna Xarici İşlər Nazirliyi dünya ictimaiyyətini noyabrın 15-16-da Balidə (İndoneziya) keçiriləcək "G20" sammitində iştirak etmək üçün prezident Vladimir Putinə verilən dəvəti geri götürməyə çağırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mərbuat xidmətinin əməkdaşı Oleq Nikolenko "Twitter" mikrobloqunda məlumat verib.

"Putin Ukraynanın mülki əhalisinə və enerji infrastrukturuna raket zərbələri endirmək əmrinin verildiyini açıq şəkildə etiraf etdi. Əlləri dinc insanların qanınına bulaşmış, boğazına qədər insan qanı içində olan biri dünya liderləri ilə bir masa arxasında oturmamalıdır. Putinin Bali sammitinə dəvəti geri götürülməlidir və Rusiyanı "İyirmilik Qrupu"ndan çıxarmaq lazımdır", - deyə Nikolenko vurğulayıb.

Bildiyiniz kimi, oktyabrın 31-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ərazisinə kütləvi zərbələr qismən Sevastopoldakı partlayışlara cavabdır. O, bu zərbələrlə bağlı şəxsən göstəriş verdiyinə eyham vurub.

Oktyabrın 29-da sosial şəbəkələrdə Sevastopoldan Rusiyanın hava hücumundan müdafiə sisteminin işlədilməsindən sonra partlayışları əks etdirən videolar yayılıb. Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Departamenti bildirib ki, işğal altındakı Sevastopolda rus işğalçılarının bir neçə gəmisi partlayış nəticəsində zədələnə bilər.

Cənub Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyukun sözlərinə görə, Pivden əməliyyat komandanlığı Sevastopoldakı partlayışlara səbəb hava hücumundan müdafiə raketlərinin uğursuz buraxılmasının ola biləcəyini etiraf edib. O, həmçinin əlavə edib ki, indiyədək Sevastopol körfəzində üç “Kalibr” raket buraxılış qurğusunun məhv edilməsi ilə bağlı məlumatın rəsmi təsdiqi yoxdur.

Sonradan məlum oldu ki, partlayış nəticəsində rus işğalçılarının bir neçə gəmisi, o cümlədən “Admiral Makarov” hərbi gəmisi və dəniz minaaxtaran gəmisi İvan Qolubets də zədələnib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »