Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şoyqu: Səfərbərlik başa çatıb, 87 min çağırışçı müharibəyə göndərilib
Şoyqu: Səfərbərlik başa çatıb, 87 min çağırışçı müharibəyə göndərilib

"Qismən səfərbərlik çərçivəsində çağırılan 300 min nəfərdən 87 mini "xüsusi hərbi əməliyyatın" tapşırıqlarını yerinə yetirmək üçün Ukrayna ərazisindəki döyüş bölgələrinə göndərilib".

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı keçirilən konfransda bildirib.

"Əlavə təlim və döyüş koordinasiyasından sonra 87 min nəfər döyüş bölgələrinə göndərilib", - deyə Şoyqu qeyd edib.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə kursunda döyüş təcrübəsi qazanmış 3000-ə yaxın təlimatçı səfərbər olunmuşlarla işə cəlb olunub.

“Təlim poliqonlarında formalaşdırılan bölmələrin döyüş təlimləri tamamlanır. Əsas səylər sahə hazırlığına, rabitə vasitələrindən istifadə etmək bacarığına, naviqasiya və kəşfiyyata yönəldilib. "Xüsusi hərbi əməliyyat" zamanı döyüş təcrübəsi qazanmış 3000-dən çox təlimatçı işə cəlb olunub. Onlar çağırışçılara düyüş bacarıqlarının ikişaf etdirilməsində yüksək səviyyəli təlimlər keçiblər”, - deyə Şoyqu bildirib.

Onun sözlərinə görə, təlim mərkəzlərində döyüş maşınları və tankların ekipajları, artilleriyaçılar, snayperlər, pilotsuz uçuş aparatları, elektron müharibə və s. üzrə mütəxəssislər hazırlanır.

Eyni zamanda, müdafiə naziri bir daha hərbi dairələrin və Şimal Donanmasının komandirlərinin diqqətini artıq müharibədə iştirak edən birləşmələrlə birlikdə yaradılmış birləşmələrdən istifadə edilməsinin zəruriliyinə yönəldib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada bir sıra döyüş meydanında məğlubiyyətlərdən sonra Prezident Vladimir Putin İkinci Dünya Müharibəsindən sonra ölkədə üzrə elan etdiyi ilk genişmiqyaslı səfərbərliyin başa çatdığını deyir.

“Səfərbərliklə bağlı bütün tədbirlər dayandırılıb və əlavə çağırış bildirişi verilməyəcək”, - deyə bazar ertəsi nazirlik bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »