Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizdə şübhələr yaranır ki, həmin mallar bitkiçilik sahəsini çökdürə bilər"
"Bizdə şübhələr yaranır ki, həmin mallar bitkiçilik sahəsini çökdürə bilər"

Bir müddət əvvəl, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkar edilən karantin zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 104 bildiriş Rusiya-46, Gürcüstan-22, Türkiyə-15, Ukrayna-5, İran-10, Qazaxıstan-5, Niderland-1 göndərilib. Bu barədə AQTA rəhbəri Qoşqar Təhməzli məlumat verib.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, AQTA çox zaman belə yarım informasiyalar paylaşır.

“AQTA yaranandan onların bircə dəfə doğru informasiyasını gördüm. Bu da qəndin tərkibinə zərərli, kimyəvi maddələr qarışdıran sahibkarlıq subyektləri və onların adı ilə bağlı idi. 3 ilə yaxın fəaliyyətləri dövründə yalnız açıq olaraq, mən bu informasiyanı görmüşəm” - deyən ekspert bildirib ki, AQTA -da İctimai Şura üzvü olsa da, 4 aydan çoxdur ki, İctimai Şuranın heç bir yığıncağı keçirilmir. Ümumiyyətlə materiallar ictimai şura üzvləri ilə bölüşdürülmür.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Mən cəhd etdim ki, AQTA-da ictimai əlaqələr şöbəsi ilə əlaqə saxlayım. Fitosanitar xidmətinin əməkdaşı xanım ilə əlaqə saxlayım, heç biri cavab vermədi. Təəssüf ki, AQTA-nın informasiyalarının açıq olmaması, bizdə şübhələr yaradır ki, həmin mallar bizim bitkiçilik sahəmizə də daxil ola bilər, bitkiçilik sahəsini çökdürə bilər. Cəmiyyətdə bununla bağlı heç bir məlumat yoxdur. Belə hallar müşahidə olunanda mütləq və mütləq həmin mallar geri qaytarılmalıdır və yaxud məhv edilməlidir. Ölkənin əmtəə bazarına buraxılmalı deyil. Ölkənin bitkiçilik infrastrukturu qorunmalıdır. Təəssüf ki, belə hallar var” - deyən Eyyub Hüseynov bildirib ki, AQTA-nın bu sahədəki işini rasional formada qəbul etmir.

Məsələ bağlı yaranmış sualları AQTA-ya ünvanladıq.

Xatırladaq ki, “Fitosanitar nəzarəti haqqında” qanunun 13-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada fitosanitar nəzarəti məntəqələri təşkil edilir. Ölkə üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir. Eyni zamanda karantin tətbiq edilən zərərli orqanizmlərin zərərsizləşdirilməsi məqsədi ilə yük götürülür və zərərsizləşdirildkdən sonra sahibinə qaytarılır və ya, zərərsizləşdirmə məqsədilə yükün boşaldılıb yenidən yüklənir, yükün məhv edilməsinin zəruriliyi yaradılda məhv edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »