Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Azərbaycanda həbs, girov götürmə və tətillər davam edir
Cənubi Azərbaycanda həbs, girov götürmə və tətillər davam edir

Ümumi etirazların davam etməsi və İslam Respublikasının xalqın ayaqlanmasına son qoya bilməməsi çabaları ilə eyni vaxtda təhlükəsizlik qüvvələri Təbrizdə Armita Pavir, Nima Rəhimi və Hənan Müəzzn, Urmiyədə Davud Kabali və Zəncanda Artan Sepehrini həbs ediblər.

Bizimyol.info "iranwire"ə çatına istinadən xəbər verir ki, Təbriz Ümumi və İnqilab Prokurorluğu səlahiyyətliləri Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan məhbus Saleh Molla Abbasinin qızı Pınar Molla Abbasi atasının aclıq aksiyası keçirməsi və saxlanma şəraiti ilə bağlı məlumat yaydığı üçün universitetdən qovulacağı ilə hədələyib.

Saleh Molla Abbbasi Əhərdə yaşayan ictimai fəaldır. O, oktyabrın 19-da evində həbs edilib və Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdür. Saleh Molla Abbbasi oktyabrın 29-dan həbsxanada saxlanma və qərarsızlığa etiraz olaraq aclıq aksiyası keçirib. Aclıq aksiyasının 13-cü günündə ona vəkillə görüşmək, ailəsi ilə görüşmək və effektiv tibbi xidmətlərdən istifadə etmək kimi qadağalar hələ də qüvvədə saxlanılır.

Urmiyədə təhlükəsizlik orqanları Davud Kabalini 26 oktyabrda həbs ediblər. Bu ictimai fəal Urmiyə Kəşfiyyat və Təhlükəsizlik Təcridxanasına köçürüldükdən sonra şiddətli döyülüb. O, 30 oktyabrda bu təcridxanadan Urmiya Mərkəzi Həbsxanasına köçürülüb.

Təbrizdə Azərbaycan Mədəni Universitetinin tələbəsi Armita Pavir bu universitetin qarşısında həbs edilib. Həmçinin Təbrizdə küçə etirazlarının davam etdiyi bir vaxtda təhlükəsizlik qüvvələri bu şəhərin sakinləri Nima Rəhimi və Hənan Müəzini də həbs edib.

Zəncanda görünməmiş hökumət əleyhinə etirazların davam etməsindən sonra, şənbə günü, 28 oktyabrda azı 9 nəfər həbs edilib və "iranwire" yalnız Artan Sepehrinin kimliyini təsdiqləyə bilib. Ayrıca ayın Zəncanda yaşayan təqaüdçü müəllim Rəsul Həddadi boynundan aldığı güllə yarası nəticəsində beyin ölümü keçirib və hazırda Zəncanın Musəvi xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, ümummi etirazların davam etməsindən və xalq üsyanına son qoymaq mümkün olmadığından təhlükəsizlik qurumları icimai fəallara qarşı təzyiqləri gücləndirib. Bazar günü təhlükəsizlik qüvvələri Ərdəbil əyalətinin Germi şəhərində Riza Cudinin evinə basqın edərək, evdə axtarış apararaq bu vətəndaşın avtomobilini məhkəmə qərarı olmadan ələ keçirdilər. Ayrıca, Riza Cudi evdə olmadığı üçün agentlər onun yerinə onun atası Səyyad Cudini həbs edərək naməlum yerə aparıblar. Hələ ki, Cudiyə qarşı irəli sürülən ittihamlar və onun harada olması barədə heç bir məlumat yoxdur.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »