Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada döyüşən Belarus könüllülərinnin yaxınları həbs olunur
Ukraynada döyüşən Belarus könüllülərinnin yaxınları həbs olunur

Belarus Rusiyaya qarşı müharibədə Ukrayna tərəfindən döyüşərək həlak olan belaruslu könüllülərin qohumlarını saxlamağa başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Belarus Guyun” monitorinq qrupu yazır.

Bu ərəfədə məlum olub ki, Lukaşenkonun təhlükəsizlik qüvvələri Ukraynada həlak olan Kastus Kalinovski adına alayın əsgəri olmuş Vasili Parfenkovun qohumunu saxlayıblar.

Parfenkovun qohumu saxlanılaraq, özünü mərhum Vasilinin qardaşı adlandırdığı və “ekstremist” TG kanallarına abunə olduğunu “etiraf etdiyi”, “peşiman” olması ilə bağlı video çəkilişə məcbur edilib.

O da bildirilir ki, Lisiçansk yaxınlığında dünyasını dəyişən belaruslu könüllü Vasili Parfenkovun əmisi oğludur, mərhumun bacısı və anası isə ondan əvvəl də saxlanılıb.

"Kastus Kalinovski" adına alayın altı belaruslu könüllüsü iyunun 26-da rus qoşunlarının hərbi kolonunun qarşısına keçərək döyüşdükdən sonra Lisiçanskdan qayıtmayıblar. Onların qeyri-bərabər sayda rus həbçiləri ilə döyüşdə həlak olduqları bildirilir.

Qeyd edək ki, may ayında Belarus alayının bölük komandiri Pavel "Volat" Kastus Kalinouski Ukraynadakı müharibədə həlak olub. Bundan sora döyüşdüyü hərbi hissə onun adı ilə adlandırılır.

"Kastus Kalinouski" hərbi hissəsinin əsgərləri rus snayperini əsir götürüblər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »