Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu, Ermənistanın daha bir diplomatik fiaskosudur” - Melkonyan
“Bu, Ermənistanın daha bir diplomatik fiaskosudur” - Melkonyan

“Bu, Ermənistanın növbəti diplomatik fiaskosudur”.

Bizimyol.info xəbər verir ki, Ermənistan politoloqu, şərqşünas Sergey Melkonyan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Soçi görüşünü belə xarakterizə edib.

"Soçidəki görüş başa çatıb. Görüşün yekunu üzrə bəyanat Kremlin saytında dərc olunub.

  1. Mətndə “Artsax”dan bəhs edilməyib. Hətta sülhməramlı kontingentin yerləşdirildiyi bölmə də yoxdur.
  2. Əsirlərin geri qaytarılmasından bəhs edilmir.
  3. Ən əsası isə azərbaycanlıların Ermənistanın “işğal olunmuş əraziləri”ndən (təxminən 220 km2) çıxarılmasına dair heç bir razılaşma yoxdur”,- deyə Melkonyan yazıb.

Onun sözlərinə görə, görüşdə Ermənistanın maraqlarından irəli gələn heç bir şey üzə çıxmayıb.

Xatırladaq ki, 31 oktyabr tarixində Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.

Qeyd edək ki, üçtərəfli görüşdən öncə Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

Bundan əlavə, bazar ertəsi günü Putin, Əliyev və Paşinyanla birgə bəyanatla razılaşdıqlarını açıqlayıb. O, qeyd edib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılaşmaq bacarığını nümayiş etdirib. Putin qeyd edib ki, Rusiya bu regionda dialoqu davam etdirmək və münaqişəyə son qoymaq üçün Ermənistan və Azərbaycanla təmasdadır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »