Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya səfiri: “Qarabağın statusu məsələsi gələcək nəsillərin işidir”
Rusiya səfiri: “Qarabağın statusu məsələsi gələcək nəsillərin işidir”

“Bütün nizamlanma kompleksi Ermənistan və Azərbaycan arasında razılaşmaların məhsulu olmalıdır”

Bizimyol.info xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin jurnalistlərə müsahibəsində Rusiyanın mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, “Dağlıq Qarabağ”ın statusu məsələsi bütün tərəflər üçün məqbul ədalətli həll üçün şərait yaradılandan sonra gələcək nəsillərin öhdəsinə buraxılmalıdır.  Bundann əlavə, səfir onu da qeyd edib ki, Rusiya rəhbərliyi bunu dəfələrlə bəyan edib.

“Bütün nizamlanma kompleksi Ermənistan və Azərbaycan arasında razılaşmaların məhsulu olmalıdır”, - deyə rusiyalı diplomat bildirib.

Sülh müqaviləsi və onun müddəalarına gəlincə, səfir bildirib ki, o, hesab edir ki, Soçi görüşünün nəticələrinə əsasən, hələlik razılaşdırılmamış məsələlər var və bununla belə, onların üzərində iş davam etdiriləcək.

Xatırldaq ki, 31 oktyabr tarixində Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.

Qeyd edək ki, üçtərəfli görüşdən öncə Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »