Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyənin daha çox şey edə biləcəyinə əminəm” – Yunanıstan prezidenti həyəcanlanıb
“Türkiyənin daha çox şey edə biləcəyinə əminəm” – Yunanıstan prezidenti həyəcanlanıb

Yunanıstan prezidenti Kiriakos Mitsotakis yenidən Türkiyəni hədəfə alan yeni açıqlama verib. Belə ki, Yunanıstanın baş naziri bu dəfə LRT yayımında Türkiyə ilə bağlı yalan ifadələrə yer verib.

Bizimyol.info xəbə verir ki, son günlər qalmaqallı açıqlamaları ilə davamlı olaraq Türkiyəni hədəfə alan Yunanıstan prezidenti Kiriakos Mitsotakis növbəti dəfə “mühacir yalanını” gündəmə gətirib. Litvanın dövlət televiziyası LRT-yə müsahibə verən Yunanıstanın baş naziri Türkiyənin qeyri-qanuni immiqrasiyaya qarşı kifayət qədər mübarizə aparmadığını iddia edib.

Mitsotakis aşağıdakı ifadələrə yer verib: “Türkiyənin Yunanıstana miqrant və qaçqınları aktiv şəkildə təşviq etdiyinə dair kifayət qədər sübutlarımız var”. “Proto Thema”da yer alan xəbərə görə, Mitsotakis “Türkiyənin daha çox şey edə biləcəyinə əminəm” deyib. Bundan əlavə, Yunanıstanın baş naziri məsələnin ən qısa zamanda Avropa həllinə ehtiyac olduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu son açıqlamasında Yunanıstanı ittiham edib: “Yunanıstan və Frontex (Avropa Birliyinin Sərhəd və Sahil Mühafizəsi Agentliyi) ortaqdır. Son hadisələrin Türkiyə ərazi sularında baş vermiş kimi görünməsi üçün koordinatların necə dəyişdirildiyi də açıqlanıb. Yunanıstanın cinayəti artdıqca Türkiyəyə böhtan atmağa cəhd etməsi təbiidir. Yunanıstanın yalanları üzə çıxdı. Yunanıstan kimi ən ədalətsiz vəziyyətdə belə haqlı görünməyə çalışmaq üçün həqiqətən həyasız və ehtiyatsız olmaq lazımdır. Axı buna ancaq Yunanıstan nail ola bilər.

Bütün beynəlxalq təşkilatlar, beynəlxalq miqrasiya təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, qeyri-hökumət təşkilatları və mətbuat Yunanıstan və Frontex-in dəstəyi ilə immiqrantlara və qaçqınlara qarşı qeyri-insani rəftar üzərində dayanıb. Bu, insan haqları məhkəməsinin də gündəmindədir. Digər tərəfdən, Avropa Parlamentinin gündəmindədir. Üzv dövlətlər administrasiya olaraq Yunanıstana qarşı bu qeyri-insani rəftarlara dözsələr də, Avropa Parlamenti vicdanlı parlamentarilərin sayəsində bu vəziyyəti nəzərə aldı”,- deyə Çavuşoğlu bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »