Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Priqojin rus elitasını səfərbərliyə mane olmaqda ittiham edir
Priqojin rus elitasını səfərbərliyə mane olmaqda ittiham edir

Rusiya Federasiyasında populyarlıq qazanan və özünü siyasi qüvvə kimi təsdiqləyən "Vaqner"in lideri Yevgeni Priqojin rus oliqarxlarını, elitasını “rahat vəziyyətdə” yaşamaqda həmçinin əhalinin tam səfərbərliyinə mane olmaqda ittiham edib.

Bizimyol.info xəbər verir ki, Müharibələrin Tədqiqi İnstitutunun (MTİ) analitikləri qeyd edir ki, oktyabrın 31-də “Putinin aşpazı” açıq şəkildə bəyan edib: “Uşaqlar (elita) müharibəyə getməyənə qədər ölkədə tam səfərbərlik olmayacaq", - deyib.

MTİ istisna etmir ki, Priqojin yüksək reytinqinə görə gec-tez öz partiyasını yarada bilər.

Ötən ay ordu rərbərliyini tənqid edən "Vaqner" rəhbəri indi də yerli məmurlara hücum etməyə başlayıb. Xüsusilə, o, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov tərəfindən şəhərdə “cinayətkar birlik”in “təşkilatlanması” faktı ilə bağlı cinayət işinin başlanması xahişi ilə Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edib.

“Priqojin iddia edib ki, Beqlovun cinayətkar şəbəkəsi dövlət büdcəsini talamaq və korrupsionerləri zənginləşdirmək niyyətindədir. O, yəqin ki, Beqlovu və digər Sankt-Peterburq siyasətçilərini tənqid etməsindən öz reputasiyasını daha da artırmaq üçün istifadə edir”, - hesabatda deyilir.

MTİ xəbər verir ki, siyasətçilərə qarşı hücumlarla eyni vaxtda Priqojin Sankt-Peterburqda noyabrın 4-də açılacaq “Vaqner Mərkəzi”nin yaradıldığını elan edib.

"O vurğuladı ki, mərkəzin yaradılması barədə Sankt-Peterburq administrasiyasına məlumat verməyib, çünki yerli hakimiyyət orqanları "Vaqner"in işinə müdaxilə etmək üçün kifayət qədər nümayəndəli struktur deyillər", - deyə MTİ bildirib.

“Putin aşpazı” mərkəz ilə bağlı problemi olan yerli məmurları onu məhkəməyə verməyə çağırıb və Sankt-Peterburq filialının uğur qazanacağı təqdirdə yeni filiallar açacağını təklif edib.

Qeyd etmək lazımdır ki, Mülki Hərbi Birliklərin Rusiya Federasiyasının qanunvericiliyi ilə qadağan edilməsinə baxmayaraq, Priqozhin "Vaqner" qurupu açıq şəkildə fəaliyyət göstərir. Hətta dövlət hərbi müdaxilələrdə, eyni zamanda kəfiyyat və əks-kəfiyyat məqsədi ilə onlardan istifadə edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »