Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ mətbuatından təəccüblü iddia: "Bayden Zelenskiyə qışqırıb"
ABŞ mətbuatından təəccüblü iddia: "Bayden Zelenskiyə qışqırıb"

Yay aylarında ABŞ prezidenti Co Baydenlə Ukrayna lideri Vladimir Zelenski arasında baş tutan telefon danışıqlarından birində gərgin anlar yaşandığı iddia edilir.

Bizimyol.info xəbər verir ki, Rusiya işğalının əvvəlindən Ukraynaya milyardlarla dollarlıq hərbi yardım edən ABŞ-ın bu addımı Rusiyanın böyük reaksiyasına səbəb olub. ABŞ mediasının məlumatına görə, iyun ayında Bayden və Zelenski arasında telefon danışığı zamanı ABŞ-ın hərbi yardımı da mübahisələrə səbəb olub.

NBC televiziyası bildirir ki, Zelenskinin silah və 1 milyard dollarlıq əlavə yardım üçün sonsuz tələbləri qarşısında Bayden səsini ucaldaraq Ukrayna liderinə “bir az minnətdar ola bilərsənmi” deyib.

Mənbələr görüşlə əlaqəli qeyd ediblər ki, ABŞ prezidenti yeni hərbi yardım paketindən danışarkən Zelenski işə qarışaraq istədikləri silahları saymağa başlayanda Bayden əsəblərini saxlaya bilməyib və səsini ucaldaraq reaksiya verib. Məlumata görə, Bayden deyib ki, amerikalılar Ukraynaya qarşı çox səxavətli olublar və Ukrayna üçün hərbçilərlə çox çalışıblar.

Zelenski bu görüşdən sonra ABŞ-ın açıqladığı yeni yardım paketinə yazılı açıqlama verərək, ona təşəkkürlə cavab verib. Mənbələrin bildirdiyinə görə, iki lider arasındakı gərgin münasibətlər sonrakı danışıqlar zamanı bir qədər yaxşılaşıb.

Məlumat üçün bildirək ki, ABŞ mətbuatı Baydenin bu gərginliyinin Ukraynaya verilən hərbi yardımla bağlı ölkə ictimai rəyindəki narahatlığın nəticəsi olduğunu şərh edib. Qeyd edək ki, Ukraynaya daxil olan pullar ABŞ administrasiyası daxilində də mübahisələrə səbəb olur. Konqresin bir çox üzvləri ABŞ iqtisadiyyatının çətin dövrünü yaşadığı bir vaxtda Ukraynaya milyardlarla dolların axmasından narahatdır.

Onu da əlavə edək ki, mətbuatda o da bildirilir ki, noyabrın 8-də keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Konqresdə çoxluğu qazanarsa, Ukraynaya yardım dayandırıla bilər.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »