Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə taxılın daşınmasını davam etdirəcəyini vəd edir
Türkiyə taxılın daşınmasını davam etdirəcəyini vəd edir

Türkiyə Rusiyanın Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə bağlanmış taxıl sazişində iştirakını dayandırmasına baxmayaraq, Ukraynanın ərzaq ixracatını davam etdirməkdə qərarlı olduğunu və bunun ərzaq yardımından ümidsiz olan ölkələr üçün narahatlığı artırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Bildirilir ki, Rusiya ilhaq edilmiş Krımda Ukraynanın pilotsuz təyyarəsinin hərbi dəniz donanmasına hücumu olduğunu bildirdikdən sonra şənbə günü razılaşmanı dayandırıb. Moskvanın qərarına baxmayaraq, yük gəmiləri 354.500 ton taxıl yükü ilə yola çıxıb ki, bu da proqramın başlandığı avqustdan bəri bir gündə ən çox tərəkət edən gəmidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Rusiya bu razılaşmadan bərabər həcmli faydalanana bilmədiyi üçün tərəddüd etsə belə, biz bəşəriyyətə xidmət etmək üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik”, - deyib.

Türkiyənin müdafiə naziri Hulusi Akar bazar ertəsi rusiyalı həmkarı Sergey Şoyquya Moskvanın iştirakının dayandırılmasına yenidən baxmalı olduğunu deyib.

Türkiyə Müdafiə Nazirliyi bildirir ki, iki nazir arasında telefon danışığı zamanı Akar Şoyquya taxıl sazişinin davam etməsinin son dərəcə vacib olduğunu deyib və əlavə edib ki, bu saziş Ukraynadakı münaqişədən ayrı həyata keçirilməlidir.

Proqramı əlaqələndirən BMT rəsmisi Əmir Abdullah: “Mülki yük gəmiləri heç vaxt hərbi hədəf və ya girov ola bilməz. Ərzaq daşınmalıdır”, - deyib.

Rusiya bazar ertəsi bildirib ki, gəmilərin Qara dəniz təhlükəsizlik dəhlizindən keçməsi qəbuledilməzdir: "Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Ukrayna Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bununla belə, Rusiya sazişdən çıxmadığını, sadəcə onu dayandırdığını vurğulayıb. Nazirlik gəmilərin marşrutda üzməyə davam edəcəyi təqdirdə Rusiyanın nə edəcəyini açıqlamayıb.

Ukrayna Rusiyanın Qara Dəniz Donanmasının Krım bazasına hücumu nə təsdiq, nə də təkzib edir, lakin Rusiya donanmasının qanuni hərbi hədəf olduğunu deyir. Moskva isə partlayışların dəniz və havadan gələn pilotsuz təyyarələr vasitəsi ilə baş verdiyini bildirib.

İyul ayında Rusiya və Ukrayna arasında müharibə səbəbindən dayandırılan taxıl ixracının bərpasına imkan verən taxıl sazişi imzalanıb. İndiyədək doqquz milyon tondan çox Ukrayna taxılı ixrac edilib və müqavilənin noyabrın 19-da uzadılması nəzərdə tutulurdu.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »