Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin "sülhməramlılar"ın müddətini indidən uzatmaq istəyir - Azərbaycan nə deyəcək?
Putin "sülhməramlılar"ın müddətini indidən uzatmaq istəyir - Azərbaycan nə deyəcək?

Soçi sammitinin gündəliyində Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilədək uzadılmasına dair imzalamağa hazır olduğu sənədin müzakirə edilib-edilməməyəcəyi ilə bağlı sualı cavanlandırarkən Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq yerləşdirilib. Rudenko vurğulayıb ki, sülhməramlıların 5 il konkret mandatı var və bu hələ davam edir. Buna baxmayaraq onun fikrincə, "bu həyatda hər şey ola bilər. Ermənistanın lideri deyibsə, yəqin ki, belə deməyə əsası var”.

Qeyd edək ki, Rusiyanın təklif etdiyi hazırkı sülh planında sülhməramlıların uzunmüddətli qalması ehtiva edilir. Amma Azərbaycan qəti şəkildə belə bir razılaşmaya gedə bilməz. 3 ildən sonra Azərbaycan tərəfi Rusiya sülhməramlılarının çıxarılmasını tələb edəcək, Qarabağda yaşayan etnik azlığın reinteqrasiyasını həyata keçirmək üçün proseslərə başlayacaq. Ancaq bu səpkidə gedən siyasətin qarşısını Rusiya alır, müxtəlif sülh müqaviləsi adı altında öz planlarını həyata keçirməyə çalışır.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Məhəmməd Əsədullazadə Nikol Paşinyanın Soçidə Vladimir Putinin təklif etdiyi sülh sazişinə imza atacağını istisna edir. Onun fikrincə, Paşinyan Rusiya prezidentinin təklif etdiyi sülh planına imza atarsa, əlbəttə ki, Qərbin, Vaşinqtonun və Brüsselin ciddi təzyiqləri ilə üzləşə bilər.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Paşinyan Avropaya boylanır. O, Avropaya boylanırsa, növbəti mərhələdə Moskvaya baxışı Vaşınqton və Brüssel tərəfindən müsbət qəbul edilməyəcək”,- deyən politoloq hesab edir ki, Rusiya sülhməramlılarla bağlı problem yaratmağa çalışır. Azərbaycan bu problemi Türkiyə ilə birgə həll edəcək.

Politoloq qeyd edib ki, ümumiyyətlə Avropa İttifaqının müşahidə missiyası Ermənistanın dəstəyi ilə sərhəddə yerləşdirilib. Bunun Qarabağa aidiyyatı yoxdur. Ağdamda yerləşən monitorinq mərkəzində Rusiya və Türkiyənin birlikdə əməkdaşlığı, Türkiyənin burada müşahidə missiyası aparması, burada qalması Azərbaycanın mövqeyindən asılıdır.

Məhəmməd Əsədullazadə hesab edir ki, Soçi görüşü ərəfəsində belə bir açıqlama verilməsi və Soçi göüşününü nəticələrinə kölgə salmış olur.

“Azərbaycanın öz prinsipial mövqeyi var. Azərbaycan tez bir zamanda Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlıların çıxarılmasını və oradakı azlığın reinteqrasiyasını həyata keçirməyi planlaşdırır. Paşinyan da Azərbaycanın bu planı ilə razı idi. Qərbin də planı bundan ibarətdir. Amma göründüyü kimi, Rusiya prosesləri pozmağa çalışır. Geosiyasi reallıqlar başqadır. Proseslər Azərbaycanın lehinə dəyişəcək”,- deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »