Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət vəsaitləri film çəkilişləri vasitəsilə necə "yeyilir"...
Dövlət vəsaitləri film çəkilişləri vasitəsilə necə "yeyilir"...

Dövlət çəkilən filmlərə ayrılan vəsaitin hara getdiyini öyrənməyə qərar verib. Belə ki, bununla bağlı Hesablama Palatasına tapşırıq verilib. Palatanın bir müddət əvvəl apardığı yoxlamaların nəticəsində məlum olub ki, bu il ümumilikdə, çəkilmiş bütün filmlər üzrə 1905,2 manat gəlir əldə edilib.

Gülünc məbləğdir, deyilmi? Bu isə, çəkilən xərclə müqayisə olunmaz göstəricidir. Qurumun apardığı yoxlamanın nəticəsinə görə, televiziya kanalları və kinozallarda 2 studiya üzrə ümumilikdə 39 filmin 10-u 3 fərqli kanalda, 10-u Bakı şəhərinin və bölgələrin 12 fərqli kinozalında nümayiş olunmuş, 18 filmin sosial şəbəkələrdə baxış sayı 3039012 say təşkil edib. 39 filmdən yalnız “Salnamə” studiyası üzrə 1 film 10-a yaxın festivalda nümayiş etdirilib. Həmçinin qeyd edilib ki, 5 dövlət studiyasından 3-ü tərəfindən çəkilən filmlərlə bağlı müqavilələrin hamısına dəyişikliklər edilib, bitmiş və bitmə mərhələsində olan filmlər nəzərə alınmaqla Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən filmlərin 53,3 faizi bir müqavilə çərçivəsində başa çatmayıb.

“Studiyalar tərəfindən çəkilmiş filmlərin televiziya kanallarında və kino zallarında az sayda nümayiş olunması, bəzi dövlət studiyalarının festivallarda iştirak etməməsi gəlirlilik səviyyəsinin olmaması ilə nəticələnib”,- deyə hesabtda bildirilir. Bu zaman belə bir sual meydana gəlir ki, filmlər niyə televiziya kanallarında və kinozallarda az nümayiş etdirilir? Və ya niyə festivallarda nümayiş etdirilmir?

Rejissor Zəki Bağırov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, filmlərin az nümayiş olunmasının səbəbi yaradıcı tərəflə əlaqəlidir.

Zəki Bağırov Zəki Bağırov

“Bəzən olur ki, hansısa televiziyaya təqdim edir, televiziya götürmür və yaxud kinoteatrda nümayiş etdirmək istəyir, ancaq kinoteatr götürmür. Standartlara cavab vermir və yaxud senzuradan keçmir”,- deyən Zəki Bağırov hesab edir ki, filmlərin festivallara çıxarılmaması da eyni səbəbdən baş verir.

Rejissor qeyd edir ki, əgər filmlərdən bu qədər az məbləğdə gəlir əldə olunubsa, yaradıcı tərəfdə və ya marketinq tərəfində ciddi bir problem var.

“Festivalların götürməməsinin səbəbi çoxdur. Festivallar formata görə, səsə görə və rəngə görə götürməyə bilərlər. Eyni zamanda ola bilər ki, yaradıcı tərəf heç göndərməyib, iştirak etməyiblər. Amma hər halda yaradıcı tərəfin gördüyü iş önəmlidir. Yaradıcı tərəf keyfiyyətli iş görübsə, onun marketinq tərəfi ilə məşğul olublarmı? Üstünə düşüblərmi, yoxsa çəkəndən sonra laqeydlik göstəriblər? Baxın, məsələ budur. Bütün bu detalları bilməyincə, səbəbi tapmaq mümkün olmur. Çox zaman bütün bu kimi problemlər yaradıcı, texniki və marketinq tərəfi ilə bağlı olur”,- deyə rejissor qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »