Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piylənmə, diabet və epilepsiyanın "dostu": qazlı içkilər orqanizmimizi necə zəhərləyir...
Piylənmə, diabet və epilepsiyanın "dostu": qazlı içkilər orqanizmimizi necə zəhərləyir...
Tərkibində kimyəvi birləşmələrin yer aldığı, insanlar arasında əsasən “qazlı içkilər” kimi tanınan içki növləri qida dəyəri çox az olan, lakin az həcmdə çoxlu enerji (kalori) ehtiva edən içkilər hesab olunur. Yəni əslində həmin qidaları boş kalorili içkilər də adlandırmaq olar. Qaz və şəkərlə zənginləşdirilmiş bu içkilər müxtəlif rənglərdə və dadlarda olur. Bir çox qazlı içkilərin tərkibindəki maddələr istehsalçılar tərəfindən açıqlanmır. Bu səbəbdən tərkibində tam olaraq nə olduğu bilinməyən çoxlu içkilər var. Bu içki markaları son illərdə insanların sərt reaksiyaları səbəbindən "yüngül" və ya "şəkərsiz" adlanan aşağı kalorili məhsullar buraxsalar da, təəssüf ki, həmin qidalar hələ də tam zərərsiz deyillər.

Cəmiyyətdə “fast food” yemək vərdişlərinin artması ilə qazlı içkilərin istehlakı da artıb. Bu içkilərin istehlakının artması ilə əlaqədar su, süd və süd məhsullarının istehlakı azalıb. Son illər cəmiyyətdə daha çox rast gəlinən piylənmə, reflü, qaraciyər yağlanması kimi xəstəliklərin artması, məhz, qazlı içkilərin istehlakının artması ilə bir başa əlaqəlidir.

Qazlı içkilərin orqanizmə çox fərqli təsiri var. Demək olar ki, heç bir faydalı təsiri olmayan bu içkilər ümumiyyətlə orqanizmə zərərlidir. Üstəlik, bu içkilərin saxlama müddətinin uzadılması üçün istifadə edilən kimyəvi qatqılara görə müxtəlif xəstəliklərə zəmin hazırlaması bilinən reallıqlar arasındadır. Gündə 2 stəkana yaxın qazlı içki qəbulunun hüceyrələri təxminən 6 il yaşlandırdığına dair araşdırmalar var.

Qazlı içkilərin tərkibində nələr var?

Qazlı içkilərin turşu tərkibini təmin etmək üçün karbon qazı, fosfor turşusu və natrium sitrat, rəngləndirici kimi karamel, şəkər, aspartam, ləzzət üçün saxaroza və saxlama müddətini uzatmaq üçün konservant kimi natrium benzoatəlavə olunur. Tərkibində həmçinin kofein və təbii dadlandırıcılar da az miqdarda ye alır. Qazlı içkilər adətən bankalarda və ya plastik şüşələrdə olur. Şüşə bankalardakı başqa bir maddə olan “bifesanol A”-nın zərərli təsirləri də araşdırmalarla məlum olub.

Qazlı içkilərdəki maddələrin insan bədəninə təsirləri nələrdir?

Fosfor turşusu: qazlı içkilərin diş və sümük sağlamlığına mənfi təsirlərini artırır, həmçinin, bədənin kalsium istehlakına mane olur. Bədən tərəfindən kalsiumun udulmasının azalması sonradan osteoporoz kimi problemlərə yol açır. Həzm sistemindəki kimyəvi təsirləri ilə həzmi çətinləşdirən fosfor turşusu faydalı maddələrin orqanizmdə sorulmasına da mane olur. Tərkibindəki fosfat səbəbiylə həddindən artıq qazlı içki qəbulu böyrək daşlarının yaranmasına səbəb olur.

Aspartam: pəhriz qidalarına və ya içkilərd dad vermək üçün dadlandırıcı tablet şəklində istifadə olunur. Bu maddənin diabet və epilepsiyaya səbəb olmaqla yanaşı, onun kanserogen təsirləri haqqında da məlumatlar var.

Şəkər: qazlı içkilər tərkibində çox miqdarda şəkər olduğu üçün orqanizmdə ciddi problemlər yaradır. Təəssüf ki, şəkərin ən çox istifadə edildiyi sektorlardan biri də qazlı içki sektorudur. Gündəlik kalori qəbulunun böyük hissəsi bu içkilərdən alındığı üçün insanlarda insulin səviyyəsinin pisləşməsi, qan şəkərinin artması və ciddi çəki artımı müşahidə olunur. Çağımızın ən ciddi sağlamlıq problemlərindən biri olan piylənmə bu içkilərin istehlakının artması ilə daha tez-tez müşahidə edilir. Gün ərzində qəbul edilən qazlı və şəkərli içkilər səbəbiylə alınan artıq kalorilər bədəndə yağ olaraq yığılır.

Son tədqiqatlar bütün yaş qruplarında piylənmə və qazlı-şəkərli içkilər arasındakı əlaqəni müəyyən edə bilib. Qazlı içkilərin tərkibindəki fruktoza siropu səbəbiylə qan şəkərinin səviyyəsi xüsusilə diabet xəstələrində yüksələ bilir və sağlam insanlarda diabet riskini artırır.

Həmçinin, araşdırmalar nəticəsində məlum olub ki, qazlı-şəkərli içkilər qəbul edənlərin piylənmə riski həmin içkiləri qəbul etməyənlərə nisbətən, təxminən 1,6 dəfə daha çoxdur.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »