Praqa görüşündə Avropa İttifaqının mülki missiyasının sərhədə yerləşməsi üçün çalışan İrəvan hazırda "ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası"nı əraziyə dəvət edir. Artıq həmin missiya Ermənistandadır. Belə ki, Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan missiyanın rəhbəri polkovnik Robert Arkadius Tkaçkinlə görüşüb. Görüşdən sonra verilən açıqlama heç də rəsmi Bakının mövqeyini əks etdirmir. Ermənistan XİN-in açıqlamasında görə, missiya sərhədə təşkilatın bütün üzv ölkələrinin razılığa ilə gəlir. Rəsmi Bakı isə, Azərbaycan sərhəddinə belə missiyanın gəlməsinə razılıq vermir və bu missiyanı tanımadığını bildirir.
Politoloq Turan Rzayev Bizimyol.info açıqlamasında bildirib ki, rəsmi Bakının sərgilədiyi mövqe əslinə qalsa anlaşılandır. Çünki Azərbaycan 27 ildən artıq bir işğal müddətində başda ATƏT olmaqla, Avropa İttifaqı və digər missiyaların regiona dəvət edilməsini, regionda monitorinqlərin təşkil edilməsini və erməni tərəfin, vabdallığının, barbarlığının və işğalın qiymətləndirilməsini dəfələrlə bəyan edib və bu istiqamətdə müraciətlər olub. Düzdür, bəzən bənzər şəkildə missiyalar gerçəkləşib. Amma Ermənistan tərəfi bu missiyaların gerçəkləşməyinə də maneçiliklər törədib, razılıq verməyib. Tək tərəfli olduğu üçün bu missiyalar öz fəaliyyətini icra edə bilməyib.

“Biz indi görürük ki, 44 günlük Vətən müharibəsindən sonra, regionda siyasi proseslər dəyişib və Azərbaycan torpaqları işğaldan azad edilib. İndiki vəziyyətdə Ermənistan tərəfi həmin missiyaları prosesə cəlb etməklə əslinə qalsa, vaxtilə özünün inkar etdiyi proeselərin bu gün reallaşmasını istəyir. Nəticə etibarı ilə Azərbaycan tərəfinin buna reaksiyası məhz bu istiqamətdədir. Əgər bu missiya adekvat qərar verə biləcəksə, prosesi yerində düzgün qiymətləndirə biləcəkdisə, bunu indiki məqamda deyil, bunu işğal prosesinin davam etdiyi bir dövrdə etməsi daha məqbul olardı. Lakin biz görürdük ki, belə hal baş vermirdi. Əgər bunu edəcəkdilərsə, vaxtında etmək lazım idi. Bu gün bunun edilməsinin bir mahiyyəti yoxdur”,- deyə Turan Rzayev qeyd edib.
Politoloq bildirib ki, Azərbaycan tərəfi prosesə digər üçüncü tərəflərin qoşulmağına razı deyil. Əgər qoşulacaqsa, bu ən azından Azərbaycanın razılığı ilə olmalıdır: "Ermənistan tərəfi faktiki olaraq, bu məsələdə tək tərəf olaraq qərar verib. Gələn missiyaların verəcəyi qərarların heç bir hüquqi və beynəlxalq mahiyyəti olmayacaq. Yəni qərar təkbaşına verilib və Ermənistan tərəfinin atdığı bu addım beynəlxalq hüquqa da sığmır. Rəsmi Bakı ilk növbədə ATƏT-in proseslərdə iştirakını istəmir. Xüsusən də ATƏT-in MİNSK qrupunun proseslərdə iştirakını istəmir. Missiyaın fəaliyyətini dayandırdığnı faktiki olaraq qeyd edibdir. Bu reallıqlar çərçivəsində ATƏT -in prosesə müdaxilə etməsi Ermənistan tərəfindən cəlb edilməsi heç bir əhəmiyyət kəsb etmir. ATƏT-in verəcəyi buradakı istənilən qərar belə, öz növbəsində hüquqi sənəd mahiyyəti daşımır. Çünki sənəddə hər iki tərəfin rəyi olmalıdır. Bir tərəfin rizası olmadan regionda aparılan istənilən missiya adekvat ola bilməz".
İlahin, Bizimyol.info