Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unilever kateqoriya lideri Ali Fuat Orhonoğlu: "İnsanlar planeti qoruyan brendlərin məhsullarını almaqla dəstək olurlar"
Unilever kateqoriya lideri Ali Fuat Orhonoğlu: "İnsanlar planeti qoruyan brendlərin məhsullarını almaqla dəstək olurlar"

Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğunda keçirilən "Global Marketing Summit 2022" tədbirinin ilk günündə keçirilən "Təmiz Gələcək: Təmizliyin gələcəyini yenidən qurmaq" adlı sessiyada jurnalist, yazıçı və aparıcı Şirin Sever ilə Unilever Türkiyə və Yaxın Şərq Ev Baxımı kateqoriyasının lideri Ali Fuat Orhonoğlu mövzu haqqında müzakirə aparıb.

Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini və ilham mənbəyi olan məşhurları bir yerə gətirərək “Ulduz Yağmuru” yaşatmaqdadır. Tədbirin ilk günündə keçirilən sessiyada "Təmiz Gələcək: Təmizliyin gələcəyini yenidən qurmaq" adlı sessiya müzakirəsini sizə təqdim edirik:

Jurnalist, yazıçı, aparıcı Şirin Sever "Təmiz Gələcək: Təmizliyin gələcəyini yenidən qurmaq" adlı sessiyanın açılışında sammit izləyicilərini və qonağı Unilever Türkiyə və Yaxın Şərq Ev Baxımı kateqoriyasının lideri Ali Fuat Orhonoğlunu salamlayıb, sammitin uğurlu keçməsini arzu edib.

"İqlim dəyişikliyinin yaratdığı böhran mühitini daha çox danışmağa başladıq. Yanğınlar, gözlənilməyən hava şəraiti, sellər başda olmaqla bir çox iqlim hadisələri yaşayırıq. Bu dövrdə də cəmiyyətin brendlərdən, şirkətlərdən gözləntiləri dəyişdi. İnsanlar məhsuldan məmnun olmaqla yanaşı, qlobal brendlərin planetin gələcəyi üçün faydalı addımlar atmağını tələb etməyə çalışır" - deyə Şirin Sever qeyd edib.

İqlim böhranının müxtəlif hava hadisələri və yoluxucu xəstəliklər formasında özünü göstərdiyini deyən Ali Fuat Orhonoğlu, bu böhranın artıq bir fərdin, bir şirkətin və ya bir dövlətin həll edə biləcəyindən daha böyük və qlobal bir problemə çevrildiyini və bu problemin həllində hamının məsuliyyəti olduğunu vurğulayıb.

"Unilever üçün yeni olmayan davamlılıq mövzusu, 12 ildir icra olunan bir hədəfdir.  Şirkət olaraq böyüməyə çalışarkən, davamlılığın təmin edilməsi üzrə fəaliyyət göstəririk, ətraf mühitə mənfi təsirimizi azaltmağa və cəmiyyətə faydalı işlər görməyə davam edirik.

Ev baxımı kateqoriyasında "təmiz gələcək" fəlsəfəsi üzərində "təmiz gələcəyi yenidən qurmaq" hədəfi ilə fəaliyyət göstəririk. Bu da sadəcə hansısa məhsulun qablaşdırılmasını dəyişdirməkdən ibarət deyil. Araşdırma-inkişafdan istehsala, çatdırılmadan marketinqə hər şöbənin bu hədəf ətrafında birləşməsi və "təmiz gələcək" fəlsəfəsi üzrə fayda verməsini gözləyirik. Unutmamalıyıq ki, xəstə bir planetdən sağlam bir gələcək qurmaq mümkün deyil.

İstehlakçılar və ya cəmiyyət planetin sağlamlığını qorunmasını istəyir, eyni zamanda keyfiyyəti yüksək, qiyməti aşağı və əlçatanlığın asan olduğu məhsullar istehsal olunmasını gözləyir. Unilever brendi bu gözləntiləri qarşılamaq üçün qalıq yanacaqlardan əldə edilən bütün xammalın çıxarılması, təkrar istifadə edilə bilən və bərpa olunan mənbələrdən istifadə, daha az və ya plastiksiz həllərin əldə edilməsi üçün müəyyən addımlar atır. Məsələn, Omo və Cif məhsullarımızın qablaşdırmasının 25 faizini təkrar istifadə edilə bilən plastikdən istehsal edirik və bu faizi də artırmağa çalışırıq. 2030-cu ilə qədər qarşımıza qoyduğumuz bir çox hədəf var və təmiz gələcək qurmaq uğrunda çalışmağa davam edəcəyik" - deyə Ali Fuat Orhonoğlu əlavə edib.

Şirin Severin "Brendlərin və ya şirkətlərin davamlılıq hədəfləri və fəaliyyətləri insanlar tərəfindən dəyərləndirilirmi?" sualını "insanlar yaşadığı planetin qorunmasını tələb edir və bunu icra edən brendlərin məhsullarını almaqla dəstək olurlar" deyə cavablayan Ali Fuat Orhonoğlu, hər il yayımlanan inam barometri araşdırmalarında da bunun göstəricilərini görməyin mümkün olduğunu və sadəcə maliyyə hədəflərinin artıq kifayət etmədiyini deyib.

Unilever şirkətinin təmiz gələcək hədəfi və şirkətin bütün brendlərinin bu hədəf üzrə göstərdiyi fəaliyyətləri əks etdirən layihələr haqqında danışıb. Bu layihələrdə cəmiyyətin də dəstəyinin alındığını və dəstəyin çox önəmli olduğunu bildirən Ali Fuat Orhonoğlu, öz kateqoriyasında lider olan Unilever şirkətinin təmiz gələcəyin qurulması çərçivəsində göstərilən fəaliyyətlərdə də lider olmağa çalışdığını qeyd edib.

Qeyd edək ki, Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.

Orxan Musabəyli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »