Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran həmişə Ermənistanın yanında olub"
"İran həmişə Ermənistanın yanında olub"

"Dünyada çoxcəhətli qloballaşma prosesinin formalaşması və bu prosesdə demokratik dövlətlərin intellektual güc konsepsiyası artıq rəqabətcil yeni qlobal idarəetmə prosesinə uyğun formalaşır və aparılır. Dövlətlərarası münasibətlərdə dövlətlərin geosiyasi mövqeyi də bu əsasda gücləndirilir və onu xarici siyasətinin strukturlarında özünü müasir formada göstərir. Bu da beynəlxalq münasibətlərin modelinə və tələblərinə uyğun olaraq formalaşır. Hər bir ölkə öz dövlətçilik siyasətini və milli maraqlarını ağıllı güc əsasında idarə olunmasına yönəlik iş aparır. Ağıllı idarəetmə modeli həm də qlobal inteqrasiya prosesinin düşünülmüş formada irəliləməsinə yol aça bilir. Bu mənada biz görürük ki, beynəlxalq münasibətlərin fundamental anlayışları yenilənir,beynəlxalq siyasi münasibətlər arasında ölkələr arası münasibətlər də ağıllı siyasət əsas rol oynayır. Belə olan təqdirdə, milli güc dedikdə təkcə bir ölkənin başqa bir ölkəyə yönəlik hərbi gücü və hərbi üstünlüyü nəzər də tutulmur. Onun anlayışları artıq müasir dünya da yeni format da özünü göstərir. Müasir dünyada milli gücün tərkib hissələri əsaslı dəyişikliklərə məruz qalıbdır. Çünki artıq bir ölkənin milli gücü onun sadəcə hərbi və təhlükəsizlik gücünün qüvvətinin digər dövlətlərdən üstün olması anlamına gəlmir. Ağıllı güc dedikdə, bu ağıllı güc həm də o resurslardır ki, o resurslarla münasibətlərin ağıllı idarəetmə sisteminin, dövlətlər arası münasibətlərin formalaşması və gücləndirilməsi üçün işə salınır".

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. O, qeyd edib ki, ideologiya əsasında idarə olunan avtoritar diktatur rejimlər, İran kimi rejimlər bu sistemin formalaşması üçün, ölkənin milli maraqlarının bu əsasda formalaşması üçün heç bir ciddi iş aparmır. Çünki onun mahiyyəti tamamilə başqadır. Mahiyyəti modern dövlətçilik və intellektual dəyərlərdən yoxsuldur. Saxta fars dövlətçiliyi ideologiyası üzərində qurulmuş İran modern dünyanın inteqrasiya prosesinə qoşulmaqda çətinlik çəkir. Buna qarşı dirəniş göstərir. Avtoritar İran rejimi, fars ideologiyasından qaynaqlanan təhdid diplomatiyasından istifadə edərək, ölkələrin daxili işlərinə qarışır, xarici siyasətində birbaşa və ya dolayı yolla çalışır ki, onlardan imtiyaz alsın. Siyasi və ideoloji niyyətlərini gerçəkləşdirmək üçün rejim çalışır ki, bu regionda və dünyada sadəcə terror şəbəkələri yaradmaqla öz təsir imkanları artsın.

Sadiq İsabəyli Sadiq İsabəyli

“Siz görürsünüz ki, başqa ölkələrin toplumunun içində dini və siyasi zəmində idealoji qarşıdurma yaratmağa cəhd edir və çalışır ki, bu qüvvələrin maliyyələşməsi üçün qeyri-qanuni yollarla iqtisadi şəbəkələr formalaşdırsın. Bir növ təhdid paketi hazırlayır və bu əsasda çalışır ki, o ölkələrdə cəsus şəbəkəsi qursun və ölkələrin daxili işlərinə qarışsın. Bu istiqamətdə İran adlanan ölkənin Azərbaycana və Türkiyəyə münasibətdə, İsrail dövlətinə münasibətdə hər zaman təhdidkar bir münasibəti olub. Hər zaman hədə-qorxu üzərindən münasibət olub. Təbii ki, bu təhdidkar və hədə-qorxu üzərindən münasibət də o rejimin qeyd etdiyimiz mahiyyətindən qaynaqlanır. Bu da istər-istəməz çoxşaxəli, çoxyönlü diplomastiya anlayışının və onun əsasında formalaşan konsepsiyasının olmadığını gözlər önünə sərir və göstərir ki, İran adlanan ölkənin ümumiyyətlə milli mənafeyi inkişaf etdirən ağıllı diplomatiya, ağıllı ölkələr arası münasibətlər diplomatiya üzərindən yürüdülmür. Azərbaycan dövlət olaraq dəfələrlə deyib ki, bu regionun inkişafı, regionda sülhün bərpası üçün regionda və dövlətlər arasında əməkdaşlıq əsas olmalıdır və bu əməkdaşlıq əsasında fəaliyyətlər qurulmalıdır. Amma biz baxıb görürük ki, İran adlanan ölkə üçün bu istəklər və yaxud bu kimi təkliflər nəticə vermir. İranın xarici siyasətində milli maraqlar anlayışı terror, nüvə silahının əldə olunması, uzun mənzilli raketlərin əldə olunması və onun əsasında həm region dövlətlərini həm qonşu ölkələri həm qərb dövlətlərini və İsrail dövlətini təhdid etməkdir”,- deyə siyasi şərhçi qeyd edib.

“43 ildir İran ölkə çalışır ki, bir sıra dövlətlərin içində silahlı terror şəbəkəsi qursun və onun vasitəsi ilə o dövlətlərin içində nüfuz qazansın. Bunun üçün misallar çoxdur. Livanda, Fələstində, Suriyada, İraqda, Yəməndə bu şəbəkələndirilmiş fəaliyyətlər özünü göstərir. Görürsünüz ki, elə bu ölkələrdə də hər zaman böhran, hər zaman qarşıdurmalar, o qruplar arasında və yaxud hakimiyyətin öz içində ixtilaflar və çatışmalar vardır.

Biz görürük ki, bu rejim bunu da bu anlayışla edir ki, öz qrup maraqlarını, hakimiyyət maraqlarını, öz idealoji maraqlarını ölkələrarası münasibət ilə yox, o ölkələrə və bölgələrə terrorist ixrac etməklə formalaşdırsın. İranın xarici terror qolu olan “Qüds qüvvələri” birbaşa bunun üçün hazırlanıb. Bilirsiniz ki, bu SEPAH-ın xarici qolu olan “Qüds qüvvələri” İran dövləti tərəfindən maliyyələşir, ona büdcə ayrılır, ona maddi, hərbi və texniki təchizat dəstəyi verilir. Hər şeylə təmin olunur ki, qeyd etdiyimiz maraqlar bu əsasda qorunsun və yaxud da saxlanılsın. Təbii ki, bu dövlət terrorizminin mahiyyətini birbaşa ortaya qoyur. Belə olan halda istər-istəməz İran adlanan ölkənin xarici siyasəti və ölkələrarası münasibətlərin normal şəkildə formalaşması o rejimin ideoloji mahiyyətinə zidd sayılır. Sadəcə o rejim öz nüfuz siyasətini bu formada terror formasında, ölkələrin daxili siyasətinə qarışmaq formasında, göstərmək istəyir və bunu davam etdirir və İranın xarici siyasətinin təsir dərəcəsini bu şəkildə göstərmək istəyir”,- deyə siyasi şərhçi əlavə edib.

Sadiq İsabəyli qeyd edir ki, son günlərdə İranın Şimali Azərbaycanın sərhəd boyu ərazilərində hərbi texniki imkanları yerləşdirdiyi müşahidə edilir. Oradan Azərbaycanı təhdid etməsi, təhdidedici çıxışların edilməsi də bu anlayışla olunur. Rejim çalışır ki, bölgəətrafı və ölkələrarası münasibətini sərt güc əsasında ortaya qoysun və desin ki, onun milli maraqları təmin olunmursa, o istənilən sərt gücə əl ata bilər. Bu da təbii ki, qonşuların və yaxud İran adlanan ölkə ilə digər öıkələrin normal münasibətinin formalaşmasına ciddi maneələr yaradır. İran rəsmilərinin çıxışlarında da bu ifadə olunur ki, İranın diplomatiyası meydan diplomatiyasıdır. Meydan diplomatiyası dediyimizdə, yəni SEPAH-ın qurduğu terror şəbəkəsinə əsaslanan bir terror diplomatiyasıdır. Rejim ölkələrarası münasibətlərdə siyasi danışıqlara deyil, özünün meydan diplomatiyası dediyi təhdidə güvənir. Xarici siyasətdə bunu əsas götürür ki, “mən təhdid dili ilə danışacağam və onu da həm də siyasi dildə deyəcəyəm”. Yəni Azərbaycan dövlətinə qarşı həm təhdidkar davranır, Azərbaycanın milli təhlükəsizliyinə, milli maraqlarına, milli mənafeyinə zidd olan addımlar atır. Hərbi manevr adı altında bir sıra silahları Azərbaycan ilə sərhəddə olan bölgələrə yerləşdirir və bu tərəfdən də hədə qorxu gəlir. Təbii ki, bu hədə-qorxu üzrə danışdığımız məsələlər heç bir dövlətin də gözündən yayınmır. Azərbaycan dövlətinin də, Türkiyə dövlətinin də və digər bölgə dövlətlərinin də gözündən yayınmır. Bu da İranla hər hansı bir qonşuluq münasibətlərinin qurulmasını imkansız edir.

Sadiq İsabəyli hesab edir ki, bu müddətin içində ayrı-ayrı Avropa dövlətlərinin də maraqları var.

“Mən dəfələrlə müsahibələrimdə qeyd etmişəm. Fransa dövlətinin İranın daxilində, xüsusilə, onun xarici siyasətindəki nüfuzunu görməzdən gələ bilmərik. Bu nüfuz həddindən artıq çoxdur və heç də təsadüfi deyil ki, İran Ermənistanın yanında olub. Ermənistan və Azərbaycan arasındakı münaqişənin olması zamanında, indi davam edən münasibətlərdə siz görürsünüz ki, Ermənistan işğalçı olmasına baxmayaraq, Ermənistan dövləti təxribatçı olmasına baxmayaraq, İran deyir ki, bölgədə hər hansı sərhədlərin dəyişdirilməsi onun qırmızı cizgisidir və sair. Bütün bunların hamısı ona dəlalət edir ki, çox təəssüf, İran adlanan ölkənin xarici siyasətində həm də xarici dövlətlərin maraqları da durur. Onun əsasında həm də tənzimlənir. Bu prosesdə biz görürük ki, Fransanın rolu çoxdur və çalışır ki, bu əsasda Azərbaycana qarşı təhdid dilindən istifadə etsin. Amma sözsüz ki, bütün bu proseslərin hamısı İran adlanan ölkənin öz əleyhinə yönləndiriləcək, öz əleyhinə olacaq. Biz elə görürük ki, onun apardığı bu ideoloji siyasət həm daxildə, həm xaricdə böhranlara səbəb olub. İran adlanan ölkənin içində də bir aydan çoxdur ki, kütləvi etirazlar var və bunlar ciddi etirazlardır. Bu etirazlar o rejimin, o hakimiyyətin mahiyyətini sual altına aparır. İnsanlar azadlıq istəyir, insanlar demokratiya istəyir. İnsanlar mövcud ideoloji rejimdən artıq bezib. Artıq bu siyasi hakimiyyətin bu mahiyyətdə varlığını qəbul etmir”,- deyə siyasi şərhçi bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »