Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Putinin ideyasına görə Türkiyəni təhdid edib
ABŞ Putinin ideyasına görə Türkiyəni təhdid edib

Qərb mümkün qədər Rusiya qazından asılılığı azaltmaq istəyir. Çünki Kreml bu üstünlükdən beynəlxalq münasibətlərdə istifadə edir. Buna görə də Türkiyədə qaz mərkəzi yaratmaq ideyası ABŞ-ın xoşuna gəlməyib. Vladimir Putin məhz Ankaranın vasitəsilə Qərbə qaz satmaq məqsədi güdür. Türkiyə bunun əleyhinə deyil. Daha çox ona görə ki, bu mərkəz Ankaranın bölgədə əhəmiyyətini göstərən amildir.

Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Vedant Patel Türkiyədə qaz mərkəzi açılmasının yaxşı ideya olmadığını dilə gətirib. O, müttəfiqlərin belə razılaşmaya getməli olmadığını deyib. Patel Rusiyadan enerji asılılığının azaldılması üçün uyğun addımlar atılmasının vacibliyini vurğulayıb. Dövlət Departamentinin nümayəndəsi Türkiyəni təhdid etməkdən də çəkinməyib.

ABŞ Rusiyanın iqtisadi burulğandan çıxmaq cəhdlərini diqqətlə izləyir. Türkiyənin Kremllə anlaşma ehtimalı Vaşinqtonun xoşuna gəlmir. Çünki bu təkcə böhrandan çıxmağa səy göstərmək deyil. Moskva uzunmüddətli anlaşmaya can atır. Türkiyədə təbii qaz mərkəzinin açılması Rusiyanı sözün əsl mənasında xilas edur. Ortada Ankara amilinin olması Kremlin tam işinə yarayır. ABŞ bu ehtimalı heç cür yaxına buraxmaq istəmir. Təhdidlər də buna görədir.

ABŞ hökumətinin maliyyə terorrizminə qarşı mübarizədə əsas simalarından sayılan Elizabet Rozenberq Türkiyəyə gəlib. O, üç gün ərzində Türkiyə Maliyyə Nazirliyinin rəhbərliyi ilə bir neçə görüş keçirib. “Bu danışıqlar sanksiyalardan yayınma və digər qeyri-qanuni maliyyə fəaliyyətləri ilə bağlı risklərin aradan qaldırılmasında ABŞ və Türkiyə arasında sıx əməkdaşlığın vacibliyini təsdiqləyib” – Rozenberq jurnalistlərə belə deyib.

Rusiyada iqtisadi böhran getdikcə dərinləşir. Kredit borcları olan vətəndaşların orduya cəlb edilməsi bank sektoruna böyük zərbə vurub. Rusiyanın böyük bankları yüzlərlə filiallarını bağlayır. Kreml vəziyyətdən çıxmaq üçün bütün mümkün variantlarla razılaşmağa hazırdır. Türkiyədə qaz mərkəzinin açılması Rusiyaya hava-su kimi lazımdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »