Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çinin problemləri hətta Rusiyanın Ukraynadakı problemlərindən də böyük ola bilər"
"Çinin problemləri hətta Rusiyanın Ukraynadakı problemlərindən də böyük ola bilər"

Çin lideri Si Tsinpin Pekinin Tayvan adasına nəzarətini bərqərar edəcəyinə söz verib. O, qeyd edib ki, bunun üçün “lazım gələrsə” hərbi yola da əl atıalacaq. Çin bunun üçün dünyanın ən güclü ordularından birini, o cümlədən planetin ən böyük donanmasını yaradıb. Lakin Rusiyanın Ukraynaya uğursuz işğalı da göstərir ki, hətta dünyanın ən böyük ordularında belə, daha kiçik, lakin daha ağıllı orduların istifadə edə biləcəyi Axilles dabanı var.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə CNN analitiki Bred Lendon öz məqaləsində yazır. O, qeyd edir ki, 2015-ci ildə, Si Tsinpin Çin Kommunist Partiyasının rəhbərliyini təhvil aldıqdan üç il sonra o, Çin Xalq Azadlıq Ordusunu Amerika ordusuna bərabər olan "dünya səviyyəli döyüş qüvvəsinə" çevirmək üçün nəhəng layihəyə start verdi. Son tarix olaraq o, 2049-cu ili təyin etdi. Lakin cəmi yeddi il keçməsinə baxmayaraq, o, artıq arzusunu reallaşdırmağa yaxınlaşıb”,- deyən Bred Lendon bildirib ki, Çin artıq ən yeni və ən güclü döyüş gəmiləri ilə dünyanın ən böyük donanmasına sahibdir. Həmçinin tezliklə gizli qırıcıları və gizli bombardmançıları olan hava qüvvələrinin, eləcə də Asiyada görünməmiş əhatə dairəsini təmin edəcək yeni raketlərə malik raket qüvvələrinin yaradılması gözlənilir. Rəsmi Pekin 24 milyon əhalisi olan Tayvan adasını öz nəzarəti altına almaq üçün ordusunu gücləndirdiyini də gizlətmir.

Eyni zamanda, CNN analitikinin fikrincə, Çin lideri Rusiyanın Ukraynaya uğursuz müdaxiləsindən narahatdır. Çünki bu müharibə dünyanın ən böyük ordularından birinin zəifliyini bütün dünyaya nümayiş etdirir.

“Si Tsinpini ən çox narahat edən odur ki, bir çox analitiklər Moskvanın Ukraynadakı problemləri ilə Pekinin Tayvanı işğal etməsində potensial problemləri arasında paralellik görürlər. Bu problemlər hətta Rusiyanın Ukraynadakı problemlərindən də böyük ola bilər. Ukraynanın işğalı zamanı Moskvanın üstünlüyü onun qoşunlarının yalnız quru sərhədini keçməsi idi. Çinin Tayvanı işğal etməsi üçün isə, Tayvan boğazını keçməsi lazım olacaq. Təhlilçilər bunun üçün yüzlərlə insana ehtiyac olacağını deyirlər” - deyə Lendon qeyd edib.

Xatırladaq ki, Çin Tayvanə 2027-ci ildə güc yolu ilə də olsa, ələ keçirməyi planlaşdırır. ABŞ prezidenti Co Bayden isə, Çin Tayvanı işğal edəcəyi təqdirdə, ABŞ qoşunlarının Tayvanı müdafiə edəcəyinə söz verib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »