Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə "Report"a Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

Türkiyə Prezidenti danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib.

Ərdoğan Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığına görə Zelenskiyə təşəkkür edib.

Son xəbərlər
Bütün xəbərlər »