Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə tərəfləri danışıqlara çəkə biləcəkmi: "Son mesajlar diqqətəlayiqdir"
Türkiyə tərəfləri danışıqlara çəkə biləcəkmi: "Son mesajlar diqqətəlayiqdir"

Rusiyanın son həftələrdəki hərbi uğursuzluqları, iqtisadi sanksiyalar və elan edilən səfərbərlikdən qaynaqlanan sosial gərginlik Kremli Ukraynadakı müharibə ilə bağlı danışıqların başlanmasına sövq edir. Belə ki, Rusiya hakimiyyətinin nümayəndələri Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan tutmuş Federasiya Şurasının sədri Valentina Matvienkoya qədər dəfələrlə danışıqlara başlamağa hazır olduqlarını bəyan ediblər. Eyni zamanda Rusiya Türkiyə vasitəsilə danışıqlara hazır olduğuna dair siqnallar ötürür.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə politoloq Oleq Maruxovski öz təhlil yazısında deyir. O, yazır ki, Türkiyə rəsmilərinin son mesajları daha çox diqqətəlayiqdir.

“Məsələn, Türkiyə prezidentinin müşaviri İbrahim Kalın hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Qərblə “yeni böyük müqavilə” bağlamağa çalışır və bu, xüsusən də Moskvanın danışıqlar aparmaq istəyini izah edə bilər. Digər tərəfdən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıqların hansı sərhədlər daxilində aparıla biləcəyini dərhal açıq qeyd edib. O, bildirib ki, Ukrayna üçün ədalətli sülh olmalıdır. Müharibə harada aparılır? Ukrayna ərazisində. Ukraynanın ərazi bütövlüyünə zəmanət verən proses başlamalıdır. Hərbi əməliyyatlar dayandırılmadan, bu məsələlərlə bağlı "sağlam" söhbət aparmaq, qeyri-mümkündür. Bu sözləri Çavuşoğlu deyir”,- deyə yazan politoloq bildirib ki, Ukraynanın ərazi bütövlüyü Qərbin əsas mövqeyidir.

Maruxovski qeyd edir ki, hazırda dominant mövqe ABŞ, NATO və Avropa İttifaqının ümumi mövqeyidir ki, Ukraynanın ərazi bütövlüyü istənilən yolla, istər hərbi, istərsə də diplomatik, ideal olaraq 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir. Əslində, bu, həm qanunsuz olaraq işğal olunmuş ərazilərini saxlamağa çalışan Rusiya tərəfdən, həm də tamamilə qanuni şəkildə öz torpaqlarını qaytarmağa çalışan Ukrayna tərəfdən hərbi əməliyyatların davam etməsində əsas amildir.

“ABŞ prezidenti Co Bayden isə qarşıdan gələn G20 sammitində Putinlə danışıqların mümkünlüyünü istisna edib”,- deyən Maruxovski bildirir ki, Qərbdə “Rusiyaya güzəştə getmə” tərəfdarlarının artması narahatedicidir. Onlardan ən səs-küylü amerikalı iş adamı İlon Mask öz Tvitter hesabında idi. İdeyalarını Rusiyadan gələn nüvə eskalasiyası təhlükəsinə əsaslandıraraq, o, Krımın ilhaqının tanınmasını, işğal olunmuş ərazilərdə təkrar referendumların keçirilməsini və Ukraynanın neytral statusa razı olmasını təklif edib. Bu cür fikirlər açıq şəkildə Moskva ilə onun şərtlərini nəzərə alaraq dərhal danışıqların aparılmasının tərəfdarı olan ABŞ Respublikaçılar Partiyasının və şəxsən keçmiş prezident Donald Trampın mövqeyini əks etdirir” - deyə politoloq qeyd edib. O, hesab edir ki, müxtəlif ekspert və analitiklərin fikirlərini bir araya gətirilərsə, respublikaçıların Rusiyanın “barışıq” planı aşağıdakı məqamlardan ibarət ola bilər.

“Birincisi, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş əraziləri Rusiyaya güzəştlərin əsas predmetinə çevrilir ki, bu da sonda rus qoşunlarının çıxarılması demək ola bilər. İkincisi, Ukrayna müharibədən dəyən maddi ziyanın ödənilməsi (təxminən 300 milyard dollar) şəklində Qərbin müsadirə etdiyi aktivləri alır. Üçüncüsü, Rusiyadan sanksiyalar qismən götürülür, xüsusən enerji sektorunda və Ukrayna da öz növbəsində Rusiyadan neft və qaz nəqlini böyük endirimlə alır. Dördüncü və əsas məqam ondan ibarətdir ki, Ukrayna Rusiyanın nəzarət etdiyi sərhədlər daxilində Krımın və qondarma “LDPR və DPR”in Rusiyaya ilhaqını tanıyır. Beşinci məqam - Ukrayna Aİ və NATO-ya inteqrasiya siyasətini davam etdirir, lakin proses proqnozlaşdırıla bilər ki, uzun illər uzanır” - deyə Maruxovski şərh verib. O, hesab edir ki, ABŞ-ın hazırkı prezidenti, eyni zamanda ikinci müddətə prezidentlik uğrunda mübarizə aparmağı planlaşdıran Co Bayden üçün yeganə alternativ Ukrayna müharibəsində Rusiya üzərində möhtəşəm qələbə ola bilər. Eyni zamanda Rusiyanın hərbi-iqtisadi məğlubiyyəti Ağ Evin qlobal liderlik məsələlərində ABŞ-ın əsas strateji rəqib kimi baxdığı Çinin dünyada geosiyasi mövqelərini də zəiflədəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »