Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayvan Çinin təklifini rədd edir: "Gücdən istifadə etməyəcəyimizə söz vermirik"
Tayvan Çinin təklifini rədd edir: "Gücdən istifadə etməyəcəyimizə söz vermirik"

Pekin Tayvanı Çinlə dinc yolla birləşdirməyə çalışmaqda israrlıdır. Amma buna baxmayaraq, Tayvana qarşı güc tətbiq etmək hüququndan da heç vaxt imtina etməyəcək. Tayvan Honq-Konq kimi muxtariyyət hüququndan istifadə edə bilər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin lideri Si Tsinpin oktyabrın 16-da ölkənin ən böyük siyasi hadisəsi olan hakim Kommunist Partiyasının 20-ci Qurultayının açılışı zamanı deyib.

Çin Xalq Respublikasının sədri ölkəsinin Tayvan xalqına həmişə hörmət etdiyini, onlara qayğı göstərdiyini və fayda verdiyini dilə gətirib. O, bildirib ki, Pekin Tayvan boğazı boyunca iqtisadi və mədəni mübadilələr aparmaq istəyir.

“Tayvan probleminin həlli Çin xalqının şəxsi işidir və buna Çin xalqı qərar verir. Biz böyük səmimiyyət və səylərlə sülh yolu ilə birləşməyə israr edirik, lakin biz heç vaxt gücdən istifadə etməyəcəyimizə söz vermirik”,- Tsinpin qeyd edib.

Jurnalistlər Çin Xalq Respublikasının rəhbərinin çıxışında 73 dəfə “təhlükəsizlik” sözündən istifadə etdiyini qeyd edir. Siyasətçi hesab edir ki, Çin dünya səviyyəli ordunun və strateji çəkindirici qüvvənin yaradılmasını sürətləndirəcək.

Tsinpinin bu çıxışından sonra Tayvanın prezident ofisi, suverenlikdən vaz keçməyəcəyini, azadlıq və demokratiyada güzəştə getməyəcəyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Pekin Tayvana "bir ölkə, iki sistem" muxtariyyət formulunu təklif edib. Yəni Honq Konq üçün istifadə etdiyinin eynisi kimi Tayvana da bu təklif verilib. Lakin Tayvanın bütün əsas siyasi partiyaları buna qarşıdır.

Qeyd edək ki, Pekin və Taypey arasında gərginlik 2022-ci ilin avqustunda bir qədər də artıb. Daha sonra Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfərinə cavab olaraq, Tayvan yaxınlığında hərbi təlimlər keçirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »