Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanda qorxu atmosferi davam edir: Türkiyəyə qarşı hazırlıq görülür
Yunanıstanda qorxu atmosferi davam edir: Türkiyəyə qarşı hazırlıq görülür

Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini” bu gün manşetlərinə daşıdığı xəbərdə Afinanın Türkiyənin mümkün addımlarına qarşı ssenarilərinin hazır olduğunu yazıb. Son zamanlar Türkiyə ilə Yunanıstan arasında gərginlik yaşandığını qeyd edən qəzet 2023-cü il üçün nəzərdə tutulan seçkidən əvvəl Yunanıstan hökumətinin atacağı addımları sıralayıb.

Bizimyol.info xəbər verir ki, qəzet “Afina gecələr heç yuxu görmədi, Baş nazir Mitsotakis önümüzdəki aylarda xarici siyasət baxımından çətinliklərlə üzləşəcəyini proqnozlaşdırdı. Amma ötən həftə Ankaranın iki paralel addımı ilə bu gözləntilər dəqiqləşdi. Bunlardan birincisi Türkiyə ilə Liviya arasında imzalanan müqavilə idi. İkincisi isə Tükiyə Prezidenti Ərdoğanın Çexiyada keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakı və burada şam yeməyi zamanı Mitsotakislə gərginlik yaşamasıdır”,- deyə yazır.

Bundan əlavə, qəzetdə Afina rəhbərliyinin Ege və Şərqi Aralıq dənizində bütün imkanları dəyərləndirdiyi diqqətə çatdırılıb və “Oruç Rəis” araşdırma gəmisinin Krit yaxınlığında üzməsinin mümkün olduğu bildirilib. Belə bir vəziyyətdə Yunanıstan hökumətinin döyüş gəmilərindən istifadə edə biləcəyi bildirilib və Misirlə birgə təlimin gündəmdə olduğu ifadə edilib. Türkiyə ilə Liviya arasında imzalanan müqavilənin Yunanıstan və Misir arasında imzalanan müqaviləyə zidd olduğu üçün bu imkanların kifayət qədər yüksək olduğu da açıqlanıb.

“Kathimerini” xəbərində Türkiyə ilə Liviya arasında imzalanan razılaşmanın Afina hökumətində narahatlığa səbəb olduğu və bununla bağlı diplomatik fəaliyyət planının hazırlandığı qeyd edilib. Yunanıstan hökumətinin Türkiyə ilə Liviya arasında imzalanan razılaşmaya Vaşinqton, AB, Fransa və Almaniyanın reaksiyasından məmnun olduğu bildirilərkən, bu istiqamətdə diplomatik səylərin artırılacağı bildirilib.

Digər tərəfdən yazıda Yunanıstanda gələn il keçiriləcək ilk seçkilərdə hökumət qurulmaması halında yaranacaq boşluğa qarşı plan hazırlandığı bildirilib.

Yunanıstan mətbuatında yer alan xəbərə görə, “Yunanıstanda keçiriləcək iki seçki arasında müvəqqəti hökumətin daha az təcrübəyə və daha yavaş reflekslərə sahib olmasından Türkiyə Prezidenti Ərdoğanın faydalana bilməsi ehtimalına qarşı Yunan rəhbərliyi hərəkətə keçib”.

Həmçinin bildirilib ki, Yunanıstan prezidenti Katerina Sakellaropoulou və Ali Məhkəmənin rəhbəri iki seçki arasında müdafiə naziri və xarici işlər naziri kimi fəaliyyətlərini davam etdirəcəklər.

Məqalədə qeyd edilib ki, “Müdafiə naziri Nikos Panagiotopoulos və xarici işlər naziri Nikos Dendiasın vəzifədə qalması ilə Türkiyə ilə böyük bir böhran içərisində olan vaxtda, həm yerlərdə məlumatlı məmurlar olacaq, həm də diplomatik təmaslara qarşı mübarizədə əlçatan olacaq”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »