Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski bu həftə işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
Zelenski bu həftə işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb

Həftə ərzində Ukrayna Silahlı Qüvvələri şərqdə 6-sı Luqansk vilayətinin olmaqla 29 yaşayış məntəqəsini işğaldan azad edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində danışıb.

“Təkcə bu həftə ərzində döyüşçülərimiz dövlətimizin şərqində 776 kvadrat kilometr ərazini və altısı Luqansk vilayətində olmaqla 29 yaşayış məntəqəsini Rusiyanın psevdoreferendumundan azad ediblər. Ümumilikdə, bu hücum əməliyyatı başlayandan 2 434 kvadrat km ərazimiz və 96 yaşayış məntəqəsi azad edilib”, - V.Zelenski bildirib.

O həmçinin əlavə edib ki, bu həftə Ukraynanın cənubunda yaxşı nəticələr əldə olunub.

Son xəbərlər
Bütün xəbərlər »