Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandiri təyin edilib
Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandiri təyin edilib

Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, Rusiya Qəhrəmanı Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandanı təyin edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, cümə günü Telegram kanalında yazıb.

“Bizim həmyerlimiz, Rusiya Qəhrəmanı Rüstəm Usmanoviç Muradov Şərq Hərbi Dairəsinin komandiri təyin edilib”, - deyə yazıb.

Melikovun sözlərinə görə, Muradovun təyinatı düzgün qərardır. O, həmçinin qeyd edib ki, Muradov hər zaman ilk hücuma keçən cəsur döyüşçü, düzgün qərarlar verən strateq, başqalarına rəhbərlik edən lider olub. Melikov əmin olduğunu bildirib ki, Muradovun qaynar nöqtələrdə - Suriya və Çeçenistanda aldığı bütün bu keyfiyyətlər, hərbi təhsil və döyüş təcrübəsi "ona döyüş tapşırıqlarının öhdəsindən parlaq şəkildə kömək edəcək".

"Mən bu cəsur insanla dostluğumla fəxr edirəm", - Dağıstanın rəhbəri əlavə edib.

Kremlin mətbuat xidməti hələlik müvafiq fərmanın imzalandığını açıqlamayıb.

Qeyd edək ki, 2020-ci il fevralın 20-də Rusiya prezidentinin sərəncamı ilə general-leytenant hərbi rütbəsi alan Rüstəm Muradov 2020-сi il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-dək Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »