Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reportyoru baş redaktordan üstün görən jurnalistin "Ölümcül həqiqətlər"i çapdan çıxıb...
Reportyoru baş redaktordan üstün görən jurnalistin "Ölümcül həqiqətlər"i çapdan çıxıb...

Tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı çapdan çıxıb. Kitaba ön sözü jurnalist, professor Qulu Məhərrəmli yazıb. Kitabın redaktoru Mübariz Piridir. Kitabda Bahəddin Həzinin son illərdə yazdığı məqalələr, yol qeydləri, esse və hekayələr, eləcə də, "Yadımdakı Qarabağ" xatirə-poeması yer alıb. "Həyatımın ölümcül həqiqətləri" avtobioqrafik povestində müəllif öz sənət karyerasında qarşılaşdığı hadisələri, yaşadığı məhrumiyyətləri, həyat hekayələrini qələmə alıb. Bu kitabdakı yazılarda günümüzün həssas mövzularına orijinal yanaşma tərzi var. Kitabı "Qanun" Nəşrlər Evi çap edib.

Xatırladaq ki, Bahəddin Həziyev 1965-ci il aprelin 28-də Füzuli rayonunun Seyidəhmədli kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetini bitirən Bahəddin Həziyev jurnalistikaya gənclik illərində başlayıb. Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzində, “Xazar” jurnalında, Turan İnformasiya Agentliyində, “Azadlıq”, “Çağ”, “Avrasiya” və “Eksperess” qəzetlərində, eləcə də “Azadlıq” radiosunda işləyib.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həziyev Ali Media Mükafatı, “Müstəqillik dövrünün jurnalisti”, Şəhid Ülvi Bünyadzadə adına mükafatlarla təltif olunub. 2010-cu ildə “Azərbaycan Respublikasınn Əməkdar Jurnalisti” adına layiq görülüb. Bahəddin Həziyev analitik məqalələrin publisistik yazıların, esselərin və bədii əsərlərin müəlifidir. O, 2005-ci ildən “Bizim Yol” qəzetinin,2012-ci ildən “bizimyol.info” xəbər portalının baş redaktoru və “Bizim Yol” MMC-nin baş direktorudur.

Uzun illərdir ki, jurnalistika sahəsində olan əməkdar jurnalist Bahəddin Həziyev müsahibələrinin birində deyir: “Reportyorluğu baş redaktorluqdan daha üstün tuturam. Belə yazılarım olur hərdən. Hətta gücüm çatsa, o üslubu davam etdirəcəm. Çünki buna ehtiyac var. Bizi yetişdiriblərsə, nəsə bir şeylər öyrənmişiksə, bunu bizdən sonra gələnlərlə bölüşmək lazımdır. Orda gənc məsləkdaşlarımızın öyrənə biləcəyi, öyrəndiyi bir şeylər varsa, çox sevinərəm”.

Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı

Əməkdar jurnalist Bahəddin Həziyevin "Ölümcül həqiqətlər" kitabı peşəsini dərindən öyrənmək istəyən gənc jurnalistlər üçün məktəb hesab edilə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »