Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldə Putini tənqid edirlər: "Hesab edirlər ki, Putin tərslik edir"
Kremldə Putini tənqid edirlər: "Hesab edirlər ki, Putin tərslik edir"

Amerika kəşfiyyatının yeni məlumatları Rusiya rəsmilərinin şərhləri ilə birlikdə Rusiya hakimiyyətinin ən yüksək eşelonunda fikir ayrılıqlarının olduğunu göstərir. Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsindən olan şəxslərin onun müharibə ilə bağlı qərarından narazı qaldığı məlum olub.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib. Amerika kəşfiyyatının əldə etdiyi məlumata görə, Vladimir Putinin yaxın çevrəsindən olan bir siyasətçi son həftələrdə Ukraynada müharibənin aparılması ilə bağlı Rusiya prezidenti ilə birbaşa razılaşmadığını bildirib. Mənbələr deyir ki, Putinin yaxın adamı ilə olan fikir ayrılığı onu prezident Baydenin gündəlik brifinqinə daxil ediləcək qədər əhəmiyyətli hesab edilib.

“İşğal başlayandan biz Putinin ən yaxın ətrafı tərəfindən artan narahatlığın şahidi olduq. Bizim qiymətləndirmələrimiz göstərir ki, bunlar Rusiyanın son itkiləri, yanlış istiqamətləndirmə və əhəmiyyətli hərbi çatışmazlıqlar səbəbindən baş verib”,- deyə Qərb kəşfiyyatının nümayəndəsi bildirib.

Adamlardan birinin dediyinə görə, Putinin yaxın çevrəsinin bir üzvünün ifadə etdiyi narazılıq bununla bağlı olub. Qeyd edilir ki, həmin şəxs ordunun idarə edilməsində səhvlərin baş verdiyini və hərbi kampaniyaya əks mövqedə olduğunu bildirib.

İkinci yüksək rütbəli Qərb rəsmisi bildirib ki, daxili gərginlik hərbi kampaniyanın gedişinə və Kremldəki atmosferə uyğundur. “Kremldə bunların hamısının yaxşı və ya düzgün hərəkət olmadığına əmin olan çox adam var”,- deyə rəsmi bildirib.

Kreml nümayəndəsi Dmitri Peskov etiraf edib ki, Putin səfərbərlik kimi mühüm qərarlarla üzləşdiyi üçün Rusiya liderləri arasında fikir ayrılıqları və debatlar olub. "Belə məqamlarla bağlı fikir ayrılıqları danılmazdır. Bəziləri hesab edir ki, biz başqa cür hərəkət etməliyik. Amma bu, adi iş prosesinin bir hissəsidir. Əmək mübahisələri var: iqtisadiyyat, hərbi əməliyyat keçirmək. Təhsil sistemi ilə bağlı mübahisələr var. Bu, normal iş prosesinin bir hissəsidir və bu, parçalanma əlaməti deyil”,- deyə Peskov bildirib.

Rusiya rəsmisi bu həftəki söhbətində deyib ki, o, yaxın ətrafdan Putinə birbaşa etirazlar eşitməyib. Amma prezidentin və hərbçilərin müharibəni necə aparması ilə bağlı parlament komitələrinin rəhbərlərindən “etirazlar var”.

“Ordunun niyə lazımi səviyyədə təmin olunmaması, kampaniyanın niyə lazım olduğu kimi getməməsi haqqında fikir müxtəlifliyi var”, - deyə rəsmi bildirib.

Avropada yüksək vəzifəli təhlükəsizlik rəsmiləri Ukrayna hadisələri zamanı Putinə birbaşa etiraz etməyə cəsarət edən kimsədən xəbərsiz olduqlarını bildiriblər və əlavə ediblər ki, ABŞ kəşfiyyatının Putini tənqid etdiyinə dair hesabatları görməyiblər.

Buna baxmayaraq, bu ekspertlərin bəziləri Rusiya sisteminin bir çox səviyyələrində çatların getdikcə daha aydın göründüyünü söyləyiblər.

"Kremldə Putini arxadan tənqid edirlər. Onlar hesab edirlər ki, Putin sadəcə, inadkardır. Ukraynaya aludə olub. Bu, onların mütləq razılaşmadıqları bir yanaşmadır",- rəsmi bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »