Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydendən həyəcan yaradan açıqlama: "Dünya qiyamət müharibəsinə hazırdır"
Baydendən həyəcan yaradan açıqlama: "Dünya qiyamət müharibəsinə hazırdır"

ABŞ prezidenti Co Bayden Ukrayna-Rusiya müharibəsi başlayandan bu günə qədər olan ən sərt çıxışında həyəcan yaradan fikirlər səsləndirib. Bayden dünyanın son altmış ildə nüvə fəlakətinə çox yaxınlaşdığını vurğulayıb.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Bayden Demokratlar Partiyasının Nyu-Yorkda keçirilən ianə gecəsində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putindən gələn nüvə təhlükəsi ilə bağlı dünyaya xəbərdarlıq edib. O, bildirib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “Armageddon”la (Armageddon dini mənbələrdə dünyanın sonu gəldiyi zaman xəbər verilən böyük Qiyamət müharibəsinin adıdır) üzləşə bilər. Digər tərəfdən, Ağ Ev Moskvanın nüvə hücumuna hazırlaşdığına dair heç bir işarə görmədiklərini açıqlayıb.

Bununla belə, Bayden bildirib ki, Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı quruda yeni qələbələr əldə etdikcə, Putinin buna necə cavab verəcəyini diqqətlə izləyirlər.

"Mən düşünmürəm ki, taktiki nüvə silahından istifadə etmək kimi bir şey var" deyən Bayden, Putinin taktiki nüvə silahlarından, bioloji və ya kimyəvi silahlardan istifadə haqqında danışarkən "zarafat etmədiyini" və onun ordusunun "qeyri-adi dərəcədə aşağı performans göstərdiyini"”,- qeyd edib.

Bayden əlavə edib ki, onlar Putinə qarşı çıxış yolu tapmağa çalışırlar. Putin və onun rəsmiləri dəfələrlə Rusiyanın nüvə arsenalından ABŞ və müttəfiqlərini Ukraynaya dəstək verməkdən çəkindirmək və Rusiyanın fevralda başlayan işğal hücumuna kömək etmək üçün istifadə etməklə hədələyiblər.

Qeyd edək ki, ABŞ, NATO və Aİ-nin ən böyük qorxularından biri Ukraynanın əks-hücumunu dayandırmaq və Kiyevi danışıqlara getməyə və ərazilərdən imtina etməyə məcbur etmək üçün qısa mənzilli “taktiki” nüvə silahından istifadə etməsi ehtimalıdır.

Məlumat üçün bildirək ki, ABŞ Müdafiə Nazirliyi çərşənbə axşamı Ukraynaya əlavə 625 milyon dollar hərbi yardım edəcəyini açıqlayıb. Moskva isə əlavə hərbi yardım göndərilməsi qərarının "Rusiya ilə Qərb arasında birbaşa münaqişə təhlükəsini" artıracağı ilə bağlı xəbərdarlıq edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »