Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadə Məhəmməd bin Salmandan Baydenə zərbə: Qalmaqal böyüyr
Şahzadə Məhəmməd bin Salmandan Baydenə zərbə: Qalmaqal böyüyr

ABŞ-ın bütün etirazlarına baxmayaraq, OPEK neft hasilatını azaltmaq qərarına gəlib. Amerika mediası iyulun 15-də Ciddəyə gedən və qalmaqallı şəxs Şahzadə Salmanla görüşən ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanını qiymətləri aşağı salmağa razı sala bilməməsi ilə bağlı şərh verib.

Bizimyol.info xəbər verir ki, dünyanın ən böyük neft ixracatçılarından ibarət OPEC təşkilatının noyabr ayından etibaribarən hasilatı gündəlik 2 milyon barel azaltmaq qərarı ABŞ-da məyusluq yaradıb.

Ağ Evin sözçüsü Karine Jean-Pierre də OPEC-i "Rusiya ilə eyni yerdə dayanmaqda" ittiham edib. Bayden administrasiyası, "səhlənkarlıq" olaraq xarakterizə etdiyi tədarük çatışmazlığının Ukraynanın işğalı nəticəsində yaranan mənfiliklərlə mübarizə apararkən qlobal iqtisadiyyata əlavə yük yaradacağını vurğulayıb.

Əlavə edək ki, ABŞ prezidenti Co Bayden iyulda Səudiyyə Ərəbistanına səfərinin əsas məqsədinin “neft deyil, Yaxın Şərq və İsrailin mövqelərini aydınlaşdırmaq” olduğunu desə də, Amerika mediası Vaşinqtonun Səudiyyə Ərəbistanı siyasətinin uğursuz olduğunu şərh edib.

Amerikanın “New York Times” (NYT) qəzeti bu qərarı şərh edərək, Baydenin Körfəzdəki müttəfiqlərinə təsirinin "gözlədiyindən çox az" olduğunu bildirib. Bundan əlavə, yazıda qeyd edilib ki, “Bayden insanların reaksiyasından qorxaraq Ciddədə vəliəhd şahzadə Məhəmməd bin Salmanla əllə görüşmədi və yumruqla salamlaşdı. Amma onun “yumruqla salamlaşma” diplomatiyası uğursuz oldu".

Məlumat üçün bildirək ki, OPEK-in şok qərarından sonra ABŞ Konqresindəki demokratlar Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini “ABŞ-a qarşı fəal işləməkdə” ittiham edərək, Amerika qoşunlarının bu ölkələrdən çıxarılmasını nəzərdə tutan qanun layihəsini Konqresə təqdim ediblər.

Qeyd edək ki, neft qiymətlərini aşağı saxlamaq üçün mübarizə aparan ABŞ bu məqsədlə dünyanın ən böyük ehtiyat ölkəsi olan Venesuelaya qarşı sanksiyaları yumşaltmağa hazırlaşır.

Bundan əlavə, Amerikanın “Wall Street Journal” qəzetinin xəbərinə görə, ABŞ-ın “Chevron” şirkətinə bu ölkədən neft çıxarmağa icazə veriləcək. Təfərrüatları hələ müzakirə olunmayan müqavilənin bu ayın sonunda açıqlanacağı gözlənilir.

Son olaraq xatrılatma edək ki, Vaşinqton 2019-cu ildə Karakas administrasiyasına qarşı çox sərt sanksiyalar elan edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »