Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna müdafiə naziri: "Rusiya ordusu aldadılıb.., Putin özü bunkerdə gizlənir" - Video
Ukrayna müdafiə naziri: "Rusiya ordusu aldadılıb.., Putin özü bunkerdə gizlənir" - Video

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Rusiya hərbçilərinə müraciət edib ki, hələ vaxtları varkən öz ölkəsini faciədən, ordunu isə rüsvayçılıqdan xilas etsinlər.

Bizimyol.info xəbər verir ki, müvafiq video müraciət Ukrayna Hərbi Televiziyas ilə yaymlanıb.

“Mən əsgərlərə və matroslara, çavuşlara, miçmanlara, zabitlərə, generallara və admirallara bütünlüklə Rusiya ordusuna müraciət edirəm. Sözlərim ilk növbədə zabitlərə, komandanlığa ünvanlanır. Çünki siz qərarlar qəbul etməlisiniz. Mən cəbhədəki hazırkı vəziyyətə toxunmayacağam. Siz onu artıq bilirsiniz. Gəlin, bundan sonra nə olacağını danışaq. Gələcəyiniz haqqında fikirləşək. Axı siz yəqin ki, bu barədə düşünürsünüz”,- Reznikov bildirib.

Müdafiə nazirinin fikrincə, Rusiya Federasiyasının rəhbərliyi öz ordusunu aldadıb. O bildirib ki, hərbi rəhbərlik Rusiya ordusuna xəyanət edib, insanları Vladimir Putinin fantaziyaları və yalançı məqsədləri uğrunda ölümə göndərib.

Aleksey Reznikov Aleksey Reznikov

"Aldadıldın və xəyanətə uğradın. Sənə asan gəzinti vəd edildi, amma tələyə saldılar. Kiminsə fantaziyalarının, saxta məqsədlərinin əvəzini qanla ödəyirsən. İndi sənə qulaq asmırlar. Çünki indi sizi dinləməyəcəklər, bu, səhvlərini etiraf etmək deməkdir. Moskvada isə həqiqətin səsləndirilməsini sevmirlər. Onlara uydurma NATO qoşunları ilə döyüşdə necə qəhrəmancasına həlak olduğunu söyləmək daha asandır”,- deyə nazir vurğulayıb.

Bundan əlavə, Reznikov xatırladıb ki, Ukrayna prezidenti daim cəbhədə hərbçilərə baş çəkir, Putin isə yox. O, əsgərlərinin gözünə baxmaqdan qorxduğu üçün gizlənir.

“Bilirsiniz ki, Ukraynada heç kimi azad etmirsiniz. Siz bütöv şəhərləri viran qoyursunuz ki, orada yaşayanlarla bir müddət əvvəl yaxşı qonşular sayılırdınız və rusca danışırdınız. İndi isə gələcək nəsillər üçün düşmənçilik toxumu səpilib. Çoxunuz artıq başa düşmüsünüz ki, yanlış bir qərarla ölməyə göndərilibsiniz. Bəlkə buna görə sənin rəhbərin bunkerdə gizlənir və dəyən zərbələri sənə yönləndirərək özünü qoruyur? O, sizin bəsirətinizdən, hörmətsizliyinizdən və haqlı qəzəbinizdən qorxur”,- deyə Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.

Eyni zamanda Reznikov xatırladıb ki, əsgərləri döyüşə göndərənlərin pulları və ailələri NATO ölkələrindədir. Onları Limanın və ya Popasnayanın taleyi çox da narahat etmir, lakin bütün uğursuzluqları ordunun üzərinə yıxırlar.

“Onlar başa düşürlər ki, müharibə ilə tələyə düşüblər. Səhvlərini üzərinizdən silmək üçün hər şeyi edəcəklər. Öz oğurluqlarının məsuliyyətini üzərinizə qoyacaqlar. Müharibədən sonra əsgərlərinizin şikəstlərinin, dul qadınlarının, yetimlərinin gözünə baxacaq, onların sual və qəzəb dolu baxışlarını isləyəcəksiniz. Çünki onların Kremldən heç kimə əli çatmayacaq və önlərində sizi görəcəklər. İndi səfərbərlikdən Finlandiyaya, Gürcüstana, Qazaxıstana və hətta Monqolustana dəstə-dəstə qaçan subyektin yanında yaşamalı olacaqsınız. Və onlar sizə sübut edəcəklər ki, ölkəni tərk edib Pitinə inanmamaqla doğru qərar veriblər, siz isə aldadılmış və qardaş xalqın qatilinə çevirilmişlər kimi dəyərləndiriləcəksiniz”, - Reznikov qeyd edib.

Nazir vurğulayıb ki, ukraynalılara Rusiyanın ərazisi lazım deyil, çünki bizim öz torpağımız bizə kifayətdir.

“Və biz işğal olunmuş ərazimizin hamısını geri qaytaracağıq. Dərhal döyüşməkdən imtina edən hər kəsə həyat, təhlükəsizlik və ədalət zəmanəti veririk. Biz isə cinayət əmri verənlərin tribunalına nail olacağıq. Siz hələ də Rusiyanı faciədən, Rusiya ordusunu isə rüsvayçılıqdan xilas edə bilərsiniz. Ancaq vaxt daralır. İmkanı əldən verməyin”,- Reznikov deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »