Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin sədri: "Dünyanın heç bir ölkəsi ərzaq təhlükəsizliyi ilə bağlı çağırışdan sığortalanmayıb"
Milli Məclisin sədri: "Dünyanın heç bir ölkəsi ərzaq təhlükəsizliyi ilə bağlı çağırışdan sığortalanmayıb"

"Dünyanın heç bir ölkəsi ərzaq təhlükəsizliyi ilə bağlı çağırışdan sığortalanmayıb. Bu mənada kənd təsərrüfatının inkişafı, özünü əsas ərzaq məhsulları ilə təmin etmək səviyyəsinin yüksəldilməsi dövrün tələbidir".

"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova G20-nin Parlament Sədrlərinin 8-ci Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bugünkü iqtisadi çağırışlar fonunda kənd təsərrüfatına sərmayə qoymaq, özəl sektoru dəstəkləmək COVİD-dən sonrakı bərpa baxımından xüsusi əhəmiyyət kəsb edir: "Kənd təsərrüfatı məşğulluq baxımından da əhəmiyyətli bir sferadır. Aqrar sektora dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi büdcə tərtibi prosesində parlament-hökumət əməkdaşlığının əsas diqqət mərkəzində olmalıdır".

S.Qafarova Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verərək vurğulayıb ki, ölkədə dövlət investisiyaları, subsidiyalar, fermerlərin vergidən azad edilməsi və güzəştli kreditlər kimi tədbirlər ərzaq məhsullarının istehsalının artırılması ilə bağlı nəzərəçarpacaq nəticələr əldə etməyə imkan verib. O, Azərbaycan parlamentinin də qida təhlükəsizliyinin təmini istiqamətində lazımi hüquqi addımlar atdığını, cari ilin may ayında bu sahənin hüquqi tənzimlənməsi ilə bağlı yeni qanun qəbul etdiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »