Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TBMM sədri: "Ermənistan sülh müqaviləsini imzalamalıdır"
TBMM sədri: "Ermənistan sülh müqaviləsini imzalamalıdır"

"Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur".

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

TBMM sədri Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib.

Onun sözlərinə görə, Ermənistanın bu təxribatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu göstərdi.

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq, mədəniyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. Mustafa Şəntop Laçının Zabux və Sus kəndlərinin Ana Vətənə qayıtmasına sevindiklərini ifadə edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »