Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Belarusda qiymət artımını qadağan edib
Lukaşenko Belarusda qiymət artımını qadağan edib

Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-dan ölkədə qiymət artımına qadağa qoyulmasını əmr edib.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlətin nəzarətində olan "BELTA" agentliyi məlumat verib. Bildirilir ki, o, bu barədə iqtisadi blokun inflyasiya ilə bağlı görüşdə bildirib.

İclasda inflyasiya və qiymət artımı ilə bağlı ən aktual məsələlər qaldırılıb. Aleksandr Lukaşenko geniş çeşiddə məhsullar üçün bazarın bütün seqmentlərində ədalətli qiymətin müəyyənləşdirilməsini təmin etmək üçün bu sahədə kifayət qədər nəzarət və fəaliyyətin olmamasına görə məsul şəxsləri sərt tənqid edib. Vəziyyət son nəticədə dövlət başçısının müdaxiləsini tələb etdi.

Görüşdə prezident qərarını açıqlayıb: "Oktyabrın 6-dan hər hansı qiymət artımı qadağandır. Qadağan! Bu gündən. Sabahdan yox, bu gündən. Belə ki, qiymətlər bir gecədə qalxmasın. Ona görə də bu gündən qiymət artımı qadağandır. Və Allah eləməsin ki, mühasibatlıqda kimsə retrospektiv şəkildə nəsə etsin, bəzi hesablamaları köhnə vaxta keçirsin. Biz buların hamısını nəzarətdə saxlayacağıq", - deyə Belarus prezidenti qeyd edib.

Bununla belə, Aleksandr Lukaşenko müəyyən vəzifələr üçün istisnaların ola biləcəyini qeyd edib və bu cür qərarların qəbul edilməsi səlahiyyətinə malik olan məsul şəxslərin dairəsini müəyyənləşdirib: “Əgər qərar antiinhisar tənzimlənməsi və ticarət naziri, eləcə də vilayət icraiyyə komitəsinin, Minsk şəhər icraiyyə komitəsinin sədrləri tərəfindən qəbul edilirsə, onların icazəsi olmadan heç bir qiymət bugünkü səviyyəyə qalxa bilməz”, - deyə dövlət başçısı göstəriş verib.

O, niyə belə iradəli qərar verdiyini belə izah edib: “Çünki baş nazirin danışığından sonra qiymətlər yenə də eynə sürətlə artdı. Və bu günlərdə qiymətlər həddindən artıq yüksəkdir. Ən yüksək həddədir. Bundan sonra qiymətləri qaldıra bilməzsiniz. Lazım deyil. Ancaq istisnalar var. Və bu istisnalar nazirin və qubernatorların nəzarətindədir", - deyə o qeyd edib.

Aleksandr Lukaşenko həmçinin xəbərdarlıq edib ki, bu fonda obyektlərin bağlanması və bazarı tərk etmək cəhdləri olmamalıdır. “Allah eləməsin, filan mağaza gedəcək və ya bağlanacaq, bəzi ofis, yeməkxana ya da digərləri. Allah eləməsin ki, onlar bazarı tərk etməsin. Siz buna görə cavab verəcəksiniz”, - deyə Belarus lideri sərt xəbərdarlıq edib.

O, baş prokurora və Dövlət Nəzarəti Komitəsinin sədrinə sərəncamın icrasına nəzarət etməyi, ilk növbədə qanun pozucularına qarşı sərt tədbirlərin görülməsini tapşırıb. "Dərhal həbs olunmalı və cinayət işi başlamalıdır. Bütün şaquli - mənim qurduğum nizam-intizamın pozulmasına kim yol verib və buna kimlər əməyi olub, kimlər "şapalaq" vurub, anındaca tədbir görülsün. Mən bunların hesabatını tələb edəcəm" - dövlət başçısı deyib.

Aleksandr Lukaşenko vurğulayıb ki, elan olunan qərarlarla bağlı tənqiddən qorxmur, çünki ən əsası ədalətli siyasət yeritməkdir: “Mən ictimaiyyət qarşısında sizin qarşınıza bir vəzifə qoyuram, bunu məsuliyyətini də öz üzərimə götürürəm. Onu da bilirəm ki buna görə məni tənqid edəcəklər. Bu da olmalıdır. Amma biz ədalətli siyasət aparmalıyıq. Sizdən ciddi şəkildə xahiş edirəm ki, oktyabrın 20-nə kimi qiymətə nəzarəti təmin edəcək qətnamə qəbul edəsiniz. Ən əsası isə qiymət artımının qarşısının alınması. İş ağır və böyükdür”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »