Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Minalarla və partlayıcı qurğularla bağlı vəziyyət olduqca gərgindir"
"Minalarla və partlayıcı qurğularla bağlı vəziyyət olduqca gərgindir"

Torpaqlarımızın işğal altında olduğu ötən 30 il ərzində 3336 nəfər mina qurbanı olub. Onlardan 38-i qadın, 357-si isə uşaqlar olub. Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri öz tvitter hesabında yazıb. Onun sözlərinə görə, 2020-ci il Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub Nazir qeyd edib ki, Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur.

Qeyd edək ki, mina, bir qayda olaraq, qoruyucu örtük materialı ilə əhatə olunmuş, quru nəqliyyat vasitələrini, gəmiləri və ya təyyarələri məhv etmək və ya zədələmək, personalı yaralamaq, öldürmək və ya başqa şəkildə yararsız hala salmaq üçün nəzərdə tutulmuş partlayıcı maddə və onun işə salma qurğusudur. Minalar üzərindən keçən zaman partlayan, uzaqdan idarə etmə qurğuları ilə idarə edilən və ya vaxt təyin edilərək partladılan formalarda olur.

Torpaq minaları yerin üstündə və ya bir qədər aşağıda basdırılmış, içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulmuş minalara verilən ümumi addır. Minalar ümumiyyətlə üzərindən keçən nəqliyyat vasitələrinin və ya insanların çəkisi ilə partladılır. Tank əleyhinə minatankları və zirehli döyüş maşınlarını zədələmək və ya məhv etmək üçün hazırlanmış bir mina növüdür. Piyada əleyhinə minalarla müqayisədə tank əleyhinə minalarda daha çox partlayıcı var. Minalar əsasən əl ilə və ya xüsusi mina döşəyən vasitələrlə döşənir.

“Minalarla və partlayıcı qurğularla bağlı vəziyyət olduqca gərgindir. İşğaldan azad olunan ərazilərdə ermənilər həm yaşayış infrastruktur ərazisində həm də, hərbi birləşmələrin yerləşdiyi ərazilərdə külli miqdarda minalanma həyata keçiriblər. İlkin məlumata görə, həmin əreazilərdə 1 milyondan artıq mina və partlayıcı qurğular yerləşdirilib. Bu minalar həm Birinci Qarabağ Müharibəsində, həm də İkinci Qarabağ müharibəsində basdırılıb. Bəzilərinin yeri yurdu da bəlli deyil, xəritələri də yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli danışıb. O, qeyd edib ki, təmizlənmə işləri iki istiqamətdə hərbi və humanitar təyinatlı aparılır. Hərbi təyinatlı təmizləmə işləri hərbi qurumlar tərəfindən, minalanmış ərazilərin müəyyənləşdirilməsi,yol infrasturukturu və hərbi hissələrin ərazilərində təmizləmə işləri həyata keçirirlər. Humanitar təyinatlı təmizləmə işləri isə ANAMA tərəfindən həyata keçirilir. ANAMA yaşayış ərazilər, meşə zolağı, məzarlıqlar və s. yerlərin minalardan təmizlənməsini həyata keçirirlər.

Ramil Məmmədli Ramil Məmmədli

Ramil Məmmədli bildirir ki, müharibə bitdiyi zaman minadan təmizlənmə işlərinin sürətlə həyata keçiriləcəyi deyilsə də, amma görünən budur ki, mümkün olmayacaq. Çünki beynəlxalq humanitar təşkilatlar minatəmizləmə işlərində Azərbaycana dəstək göstərmədilər. Əksinə Qərb ölkələri tərəfindən texnikanın alınmasında maneələr yaradılır.

“Təbii ki, Türkiyə, İsrail texnologiyaları istifadə olunur. Amma burada əsas olan canlı qüvvədir. Peşəkar mütəxəssislərin minatəmizləmə işlərində iştirakı ilə bağlı problemlər var. Texnika var, amma bu işi icra edəcək mütəxəssislər azlıq təşkil edir” - deyən ekspert bildirib ki, təmizləmə işləri hələ uzun illər davam edə bilər.

Xatırladaq ki, metal detektorlar ilk dəfə Polşa zabiti Jozef Kosacki tərəfindən icad edildikdən sonra minalardan təmizləmə üçün istifadə edilir. Amma son dövrlərdə bəzi ölkələrdə minatəmizləmə robotu da tətbiq olunur. Qeyd edək ki, dünyada minalarla çirklənmiş milyonlarla hektar ərazi var.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »