Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Biz Qərbdən ədalət gözləməkdənsə, güclü dövlət formalaşdırmalıyıq"
"Biz Qərbdən ədalət gözləməkdənsə, güclü dövlət formalaşdırmalıyıq"

“Xristian Ermənistan Azərbaycan tərəfindən şiddətli hücuma məruz qalır. Fon der Leyen azərbaycanlılardan qaz dilənməyə başlayandan AB başqa tərəfə baxır. Kimlik və Demokratiya qrupumuzun nümayəndə heyəti ilə birlikdə biz Avropa Parlamentində simvolik aksiya ilə Ermənistana dəstəyimizi nümayiş etdiririk”. Bu barədə Avropa Parlamentinin deputatı Tom Vandendrisşe deyib. Avropa Parlamentinin belə dini ayrıseçkilik nümayiş etdirən açıqlaması bir daha sübut edir ki, Azərbaycan torpaqlarının 30 illik işğal zamanı Avropa Parlamentinin susması və açıq ermənipərəst mövqe nümayişi həm də dini faktorlara əsaslanır. Yəni bu illər ərzində Avropa Parlamenti “xristian klubu” olduğuna görə, belə mövqedə olub.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa Birliyi, Qərb dəyərləri ümumiyyətlə mövzu müsəlmanlıq-türklük olduğu zaman ikili standart tətbiq etmişdir, tətbiq də edəcəkdir.

Yücel Karauz Yücel Karauz

“Onların bizə arada bir yaxşı münasibət göstərmələri, bir dəfə doğrunu demələri bizə həqiqətləri unutdurmamalıdır. Dünən Ağdamda cənab prezidentin ifadə etdiyi kimi 28 il müddətində Azərbaycan torpaqları işğal altında olarkən, 28 il Azərbaycanın mədəni dəyərləri, mədəni mirası məhv edilən zaman səsini çıxarmayanlar bu gün Avropa Parlamentinin nümayəndəsinin də ifadə etdiyi kimi bar-bar bağırırlar. Bu, Qərbin ikili standartıdır” - deyən general bildirir ki, Türkiyəni eyni formada 1962-ci ildən bəri Avropa Birliyinə qəbul etməmək üçün hər addıma əl atırlar. Türkiyədən demokratik, sosial-iqtisadi olaraq, Avropa standartlara uyğun olmayan, Avropanın dəyərləri ilə uyğunlaşmayan bir çox dövlət Avropa Birliyinə qəbul edilməsinə baxmayaraq Türkiyə qəbul edilməyib. O, bildirib ki, bu günə qədər Avropa Birliyinin üzvü olan Fransa və digər dövlətlər Gəncəyə, Bərdəyə, Şəmkirə mərmilər düşdüyü zaman, yüz nəfər yaxın mülki vətəndaş öldürüldüyü zaman səsini çıxarmayanlar, Xocalıda soyqırım törədilən zaman səslərini çıxarmayanlar bu gün öz dəyərləri, xristianlıq və ya Avropalı dəyərləri üzərindən ortaya yalan məlumatlar, dezinformasiya atırlar.

“Qərbdən də gözlənilən bu idi. Biz Qərbdən ədalət, ədalətli dəyərləndirmə və dürüstlük gözləməkdənsə, güclü dövlət, güclü silahlı qüvvələr və xalq-dövlət bütünləşməsi formalaşdırmalıyıq. Şuşa bəyannaməsi ilə ən yüksəyə qalxan Türkiyə-Azərbaycan əməkdaşlığını, Türk Dövlətləri Təşkilatı əməkdaşlığını ən yüksək səviyyəyə gətirməliyik” - deyə general qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »