Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynada Qərbin verdiyindən daha çox ağır texnika qoyub qaçır
Rusiya Ukraynada Qərbin verdiyindən daha çox ağır texnika qoyub qaçır

Rusiya ordusu Ukrayna silahlı qüvvələrinin qarşısında dayana bilmir. Kreml qoşunları sürətlə geri çəkilir. Bu zaman isə döyüş meydanlarında xeyli ağır texnika qoyub qaçırlar. Müharibədə əldən verilən texnika o qədər çoxdur ki, heç Qərb Kiyevə bu miqyasda kömək etməyə imkan tapmayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya ordusu Ukraynada Qərbin Kiyevə verdiyindən daha çox ağır texnika qoyaraq geri çəkilib. “Oryx” layihəsi ortaya konkret statistika qoyub. Burada Kreml qoşunlarının necə acınacaqlı vəziyyətə düşməsi açıq-aşkar görünür.

Ukrayna silahlı qüvvələri indiyə qədər Rusiya ordusunun 460 tankını ələ keçirib. Halbuki ABŞ və Avropa müharibə dövründə Kiyevə cəmi 320 tank verib. Piyada və zirehli döyüş avtomobilləri ilə bağlı rəqəmlərdə fərq daha böyükdür. Ukrayna Rusiyadan 448 piyada maşını qənimət götürüb, Qərbdən isə cəmi 210-u gəlmişdi. Müharibə başlayandan 40 zirehli avtomobil yardımı olmuşdu. Rusiya ordusunun isə 195 belə maşını qalıb.

Siyahıda başqa ağır texnikalar da var. “Karpatskaya seç” batalyonunun qərargah rəhbəri Ruslan Andreyko deyir ki, ələ keçirilmiş silah-sursatlarla necə davranacaqlarını, bundan hansı şəkildə istifadə edəcəklərini bilmirlər. Onun dediyinə görə, döyüşlərə piyada batalyonu kimi başlamışdılar. Ələ keçirilən texnika isə onları mexanikiləşdirilmiş batalyona çevirir.

“Oryx” layihəsinin analitiki Yakub Yanovski Rusiya ordusunun qoyub qaçdığı ağır texnikanın böyük hissəsinin yalnız muzeyə yaradığını bildirir. Buna baxmayaraq, döyüşlərdə istifadə edilə biləcək texnika da az deyil. Məsələn, zirehli BTR-82 müasir hərbi texnikalardan sayılır. T-90 tankları haqqında da yaxşı fikir demək olar.

Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilov kiçik silahların da qaldığını açıqlayıb. Onun sözlərinə görə, belə ələ keçirilmiş qənimətləri ukraynalı döyüşçülər özündə saxlayır və müharibənin gedişində düşmənin özünə qarşı istifadə edirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »