Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Britaniya müdafiə nazirləri təhlükəsizlik əlaqələrini müzakirə ediblər
Türkiyə və Britaniya müdafiə nazirləri təhlükəsizlik əlaqələrini müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Londonda Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ilə görüşüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Akar Böyük Britaniyanın paytaxtına bu ölkənin müdafiə nazirinin dəvəti ilə səfər edib.

Nazirlər təkbətək formatda danışıqlar aparıb, daha sonra geniş tərkibdə görüş keçirilib.

Görüşdə müdafiə sahəsində ikitərəfli və regional gündəliyin aktual məsələləri müzakirə olunub, o cümlədən təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »