Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu məxluqla danışmayacağıq” – Zelenski rədd cavabını imzaladı
“Bu məxluqla danışmayacağıq” – Zelenski rədd cavabını imzaladı

Ukryana Milli Təhlükəsizlik və Müdafiə Şurasının işğalçı ölkə ilə hər hansı danışıqların mümkünsüzlüyü ilə bağlı qərarı prezident Vladimir Zelenski tərəfindən təsdiq edilib.

"Dövlətimiz həmişə Rusiyaya bərabər, vicdanlı, ləyaqətli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif edib. Aydındır ki, bu, hazırkı  Rusiya prezidenti ilə bu mümkün deyil. Biz artıq rəsmi Kremllə danışmırıq ",- deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Bizimyol.info xəbər verir ki, Rusiya Ukrayna ərazilərinin ilhaqını elan etdikdən sonra Vladimir Putin "biz Kiyev rejimini atəşi dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Biz buna hazırıq",- deyə bildirmişdi.

Amma artıq Ukrayna danışmaq fikrində deyil. Danışıqlardan mütləq imtina Moskvanın Ukrayna ərazilərini ilhaq etmək cəhdinə reaksiyadır. Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ələ keçirilməsindən sonra danışılası bir şey yoxdur. Bu da Milli Təhlükəsizlik və Müdafiə Şurasının müvafiq qərarında ilk bənddir.

"Əsas məqsəd Kiyevin indiki şəraitdə ən yüksək siyasi səviyyədə mövqeyinə sadiq qaldığını göstərmək idi - düşmən Ukrayna ərazisindən çıxarılacaq və bundan sonra nə edəcəyimizi görəcəyik",- deyə Ukraynalı diplomat Roman Bessmertnı bildirib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Ukrayna son günlər baş verənlərdən sonra Putinlə heç bir danışıqlar aparmayacaq. Bu məxluqla danışılacaq heç nə yoxdur",- deyə qəti olaraq bəyan edib.

Bu arada Rusiyadan da maraqlı reaksiya gəlib: “İndi biz ya hazırkı prezidentin mövqeyinin dəyişməsini, ya da öz mövqeyini Ukrayna xalqının xeyrinə quracaq növbəti prezidentini gözləyəcəyik”,- deyə Rusiya hökumətinin reaksiyasında deyilir.

"Əsirlərin mübadiləsi və ya humanitar dəhlizlər kimi humanitar məsələlərə gəlincə, bütün bunlar taxıl ixracının texniki hissəsi kimi qüvvədə qalacaq",- Avro-Atlantik Əməkdaşlıq İnstitutunun politoloqu Vladimir Qorbaç deyib.

"Hərbi əsirlərin mübadiləsi ilə bağlı danışıqlar olub, aparılır və aparılacaq. 9 ildir ki, şəxslərin eksqumasiyası və şəxsiyyətinin müəyyən edilməsi, DNT analizinin götürülməsi ilə bağlı danışıqlar aparılır",- deyə o, əlavə edib.

"Rusiya üçün də vəziyyət ağırdır, onlar yaxşı bilirlər ki, uğurlu həll yolları yoxdur. Onlar danışmaq istəyirlər, həqiqətən ümid edirlər ki, Qərbdə bu müharibədən bezmiş və danışmaq istəyən qüvvələr var, ona görə də Putin qəsdən belə vəziyyət yaradır”,- deyə politoloq Pavel Klimkin izah edir.

“Digər tərəfdən, onların cəbhədə pauzaya ehtiyacı var. Yəni bu danışıqlar boş yerədir, bunlar danışıqlar naminə danışıqlardır, vaxt qazanmaq üçündür. Ona görə də Ukrayna danışıqlardan imtina edir. Bu, güclü mövqedir,”- deyə analitik bildirib.

Emin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »