Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Şoyqunu istefaya göndərməyə hazırlaşır
Putin Şoyqunu istefaya göndərməyə hazırlaşır

Rusiya ordusu Ukraynada ələ keçirdiyi torpaqları itirə-itirə gedir. Ukraynalıların Xersonu qaytarmasına bir şey qalmayıb. Ukrayna silahlı qüvvələri hətta Luqansk vilayətinin bəzi yaşayış məntəqələrinə bayraq sancmağı bacarıb. Rusiya ordusu hər gün kilometrlərlə geri çəkilir. Çoxlu hərbçi əsir düşür.

Bizimyol.info xəbər verir ki, Kreml qoşunlarının uğursuzluğunu gizlətmək mümkün deyil. Rusiya dövlət kanalları torpaqların itirilməsini etiraf etməli olur. Təbii ki, vəziyyətin necə acınacaqlı olduğunu Vladimir Putin də bilir. Rusiya dövlət başçısı yaxın vaxtlarda bütün məsuliyyəti müdafiə naziri Sergey Şoyqunun üzərinə atmağı planlaşdırır. Böyük ehtimalla nazir istefaya göndəriləcək. Müharibənin öyrənilməsi institutunun iddiasına görə, Putin belə vacib mövqedə olan məmuru burdən-birə işdən çıxarmağa cəsarət edə bilmir. O, güc strukturlarının rəhbərlərindən dəstək gözləyir. Bu mənada son vaxtlar ordu rəhbərliyinin tənqid olunması təsadüfi deyil. Çeçenistan rəhbəri Ramzan Kadırov bir növ Putinin sözünü deyir.

Müharibəni Şoyqunun uduzması ilə bağlı ictimai rəy hazırlanır. Putin bütün günahı onun üzərinə yıxacaq. Onsuz da dövlət başçısının ritorikasında bu ovqat hiss olunur. Putin səfərbərlik prosesini tənqid etmişdi. Hərbi yararsız olan şəxslərin təlimə cəlb edilməsinin yolverilməzliyindən danışmışdı. Onun çıxışından sonra çağırışçı kimi aparılan tələbələr geri qaytarılıb.

Ramzan Kadırovun general-polkovnik rütbəsi alması da təsadüfi deyil. Çeçenistanın rəhbəri qeyri-rusların orduya cəlb olunmasında böyük fəallıq göstərir. Dağıstanda səfərbərliyə görə böyük etirazlar olmuşdu, proses yarımçıq qalmışdı. Amma Çeçenistanda plan tez dolmuşdu. Çünki orada ordudan imtina edənləri sərt cəza gözləyir.

Putin “Vaqner”in yaradıcısı Yevgeni Priqojindən də dəstək gözləyir. Ordu rəhbərliyində dəyişiklik olmalıdır. Nazir mövqeyi bu şəxslərdən birinə də verilə bilər.

Şoyqunun Putinlə münasibətləri hələ müharibənin ilk həftəsindən sonra korlanmışdı. Müdafiə naziri Kiyevi dərhal ələ keçirmək vəzifəsinin öhdəsindən gəlməmişdi. Bundan sonra Şoyqu martın böyük hissəsində ictimaiyyət arasında görünməmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »