Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin Praqa görüşləri sülh prosesində dönüş yaradacaqmı?
Prezidentin Praqa görüşləri sülh prosesində dönüş yaradacaqmı?

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Görüşdə nə müzakirə ediləcək və görüşün Azərbaycan-Ermənistan münasibətlərinə hər hansı bir təsiri olacaqmı?

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu görüşdə diqqəti daha çox Fransa prezidenti Emanuel Makronun iştirakı çəkir. Lakin nəzərə almaq lazımdır ki, Avropa İttifaqına dönəm sədrliyini Makron həyata keçirir. Emmanuel Makron bu görüşə Avropa İttifaqının sədri kimi qatılacaq.

İlyas Hüseynov İlyas Hüseynov

“Bu görüşdən əvvəl də görüşlər olmuşdu. Fevral ayında onlayn formatda 4 tərəfli görüş həyata keçirildi. Həmin görüşdə Birinci Qarabağ Müharibəsi zamanı 4000-ə yaxın soydaşımızın itkin düşməsi, saxlanılması, ümumiyyətlə taleyi ilə bağlı Ermənistan üzərinə öhdəlik götürdü ki, onların koordinatlarını verəcək. Lakin dərhal görüş sonrası bu öhdəlikdən boyun qaçırdı. Digər görüş də bur formatda keçirilmişdi. Lakin biz Fransanın vasitəçiliyinin səmimi olduğuna inanmırıq. Çünki vətən müharibəsində qərəzli və ermənipərəst mövqedən çıxış edirdilər və Ermənistani müdafiə edirdilər.

Ermənistan arqumentləri əsasında Fransa rəsmilərində fikirlər formalşmışdı. Ona görə də Fransa bu prosesdə qeyri-səmimi iştirak edəcək. Lakin istənilən halda Cənubi Qafqazda sülhün dayanıqlığının təmin olunması və Avropa İttifaqı maraqları kontekstində görüş xüsusi əhəmiyyət kəsb edir”,- deyə İlyas Hüseynov qeyd edib.

Politoloq hesab edir ki, Azərbaycan siyasi gündəliyi öz maraqları ilə uyğunlaşdırır. Belə ki, ilk məsələ Ermənistanla sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsidir.

İlyas Hüseynov deyir ki, bu prosesdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel uzun müddətdir ki, iştirak edir. 2021-ci ilin dekabr ayından başlayan diplomatik təmaslar bu il də davam etdirilmişdir.

“Təkcə bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Şarl Mişelin moderatorluğu ilə aprel, may və avqust aylarında müvafiq olaraq, 3 görüş keçirilmişdi. Praqadakı görüş nəticə yönümlü ola bilər, müəyyən razılıqlar əldə edilə bilər. Müəyyən formada Azərbaycanın tələbləri yerinə yetirilə bilər” - deyən politoloq bildirib ki, hazırda çox gərgin görüşlər öncəsi bir dövrü yaşayırıq. Çünki Paşinyanla Rəcəb Tayib Ərdoğan arasında da görüş keçiriləcək. Daha sonra isə, MDB dövlət başçılarının zirvə görüşündə də cənab prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »