Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət "vahid taksi sistemi" adı altında nə etmək istəyir?
Hökumət "vahid taksi sistemi" adı altında nə etmək istəyir?

“Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar". Bu barədə ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov danışıb. O, qeyd edib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var: "Bununla cənab nazir məşğul olur”… Çox maraqlıdır, bu işlərlə cənab nazir məşğul olursa, müavinlərin işi nədir? Sadəcə nazirin işlədiyinə dair məlumatı mətbuata açıqlamaqmı?

  • Bəs vahid taksi xidməti nədir? Bu sistemin sərnişinlər üçün nə kimi üstünlükləri var? 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, vahid taksi şirkətinin yaradılması o demək deyil ki, dövlət bu sahədə müəyəyn monopoliyaya sahib olmaq istəyir. Sadəcə bu gün Azərbaycanda taksi şirkətləri, fərdi qaydada taksi fəaliyyətinin tənzimlənməsi, sərnişin-sürücü münaisbətlərinin tənzimlənməsindən söhbət gedir.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Vahid taksi sistemi bir taksi şirkəti demək deyil. Dövlətin özünün taksi xidməti şirkətləri mövcuddur. Eyni zamanda digər müstəqil taksi şirkətləri sistemi mövcuddur. Taksi operatorları var” - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, taksi fəaliyyətində keyfiyyəti yüksəltmək üçün 3 qayda var. Məsələn taksi sürücüsünün yaşı 21, sürücülük təcrübəsi 2 ildən az olmamalıdır. Taksi fəaliyəti ilə məşğul olan avtomobilin üzərində mütləq sarı taksi fənəri olmalıdır. Bu 3 qaydaya əməl olunduğu təqdirdə, mərhələli şəkildə taksi fəaliyyəti sistemində qayda-qanun yarana bilər.

Ekspertin fikrincə, taksi şirkətləri onlarla əməkdaşlıq edən şəxslərdən bu 3 qaydanın həyata keçirilməsini tələb etməlidirlər.

“Bu tələblərə əməl edilməsinə nəzarət edən iki qurum var. Biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Yerütsü Nəqliyyat Agentliyi, o biri isə, sırf Bakı şəhəri ərazisində nəqliyyatın hərəkərini tənzimləyən Bakı şəhər İcra Hakimiyyəti nəzdində Bakı Nəqliyyat Agentliyidir” - deyən Eldəniz Cəfər bildirir ki, ictimai nəqliyyatla bağlı ajiotaj süni şəkildə yaradılır. İctimai nəqliyyatda olan problemlərin həlli böyük bir resurs tələb etmir. Bu problemlərdən çox sadə çıxış yolları var.

Ekspertin sözlərinə görə, ictimai nəqliyyatda olan problemi yaxşı komanda ilə bir neçə aya həll etmək mümkündür. Bəs, ictimai nəqliyyata nəzərat edən qurumlar bu problemin həll olunmasını istəyirlərmi? Son illər nəqliyyat sistemində özbaşınalığa nəzər saldıqda bu suala “Yox” deyə cavab verə bilərik. Qısası, Bakının nəqliyyat sistemində olan problemlərin həlli sözün əsl mənasında Allaha qalıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »