Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ukraynalıları oğurlamağa davam edir: Sərhəddən min nəfər yoxa çıxdı
Rusiya ukraynalıları oğurlamağa davam edir: Sərhəddən min nəfər yoxa çıxdı

Son günlər əsasən ukraynalı mindən çox insan Rusiya-Estoniya sərhədi yaxınlığında Rusiya tərəfinə toplaşıb, onların Estoniyaya girişinin Rusiya hakimiyyəti tərəfindən qarşısı alınaraq sərhəd prosedurları gecikdirilib.

Bizimyol.info xəbər verir ki, Estoniyanın daxili işlər naziri Lauri Lanemetsanın sözlərinə görə, Rusiya qüvvələri bu insanları naməlum istiqamətə aparıblar.

“Əvvəllər mindən çox insan sərhəddə gözləyirdi, amma bu gün onlar yoxdur – onları yük maşınlarına mindirib aparıblar, hara aparıldığını bilmirik. Hazırda Polis və Sərhəd Mühafizə İdarəsi bu məlumatın əldə edilməsi üzərində işləyir”,- deyə o əlavə edib.

Bu insanlar bir neçə gün Estoniyaya keçmək məqsədi ilə sərhəddə gözləyirdilər. Lanemets deyib ki, Rusiya insanları kütləvi şəkildə sərhədi qanunsuz keçməyə görə həbs edə bilər. Sərhəd xidməti bunu Rusiya Federasiyasının edib-etmədiyini öyrənmək üçün dronlardan istifadə edir.

Nazir bildirib ki, bu baş verərsə, Estoniya bu insanların hamısının ukraynalı qaçqın olduğunu güman edə bilməyəcək:  “Əlbəttə ki, bu kütləyə başqa hər kəs, Rusiya Federasiyasının vətəndaşları, hər cür agent və digər şəxslər daxil ola bilər”,- deyə o qeyd edib.

O bildirib ki, əgər Rusiya bu şəxsləri qanuni sərhədi keçməyə hazır olmayan əraziyə apararsa, orada fiziki maneə qoyulacaq. İnsanlar ya sərhəd-keçid məntəqəsinə yönləndiriləcək, ya da müvəqqəti keçid məntəqəsi yaradılacaq.

Nazirin sözlərinə görə, Estoniyaya gələn insanların tərcümeyi-hallarını yoxlamaq üçün Ukrayna səfirliyi ilə də əlaqə yaradıb. "İndi Estoniya insanları hətta Ukrayna pasportunun surəti ilə də içəri buraxır, lakin Rusiya tərəfi hər cür saxtakarlığa yol verə bilər. Ona görə də sərhəddə gələnlərlə söhbət edən, mənşəyi, motivasiyası ilə bağlı yalan məlumatlar verənlərin müəyyənləşdirilməsi üzərində çalışırıq",- Lanemets deyib.

Fevralda genişmiqyaslı işğala başlayandan sonra minlərlə Ukrayna vətəndaşı Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla aparılıb. Xüsusilə, onlar martın sonunda ukraynalıların Mariupoldan və digər işğal olunmuş yaşayış məntəqələrindən əvvəlcə “LXR” və “DXR”ə, sonra isə süzgəcdən keçdikdən sonra Rusiyaya kütləvi deportasiyası təşkil ediblər.

Bu insanlar, eləcə də işğal olunmuş əraziləri təkbaşına tərk edərək Rusiya Federasiyasına gedənlər çox vaxt Ukraynaya qayıtmağa çalışırlar. Bunun üçün ukraynalılar Belarus və Polşadan və ya Estoniyadan keçən marşrutları seçirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »