Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib
Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib

İsrailin keçmiş baş naziri, “Likud” partiyasının lideri Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, keçmiş baş nazirin səhhəti Yom Kippurda dua edərkən pisləşib.

Siyasətçini xəstəxanaya sürücüsü Şearey Zedek aparıb və hazırda özünü yaxşı hiss edir.

Netanyahu 2021-ci ilə qədər İsrail hökumətinin başçısı olub, hazırda o, baş nazir postuna əsas namizədlərdən biri sayılır.

Qeyd edək ki, İsraildə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »