Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Luqansk vilayətinin bəzi məntəqələrini işğaldan azad edib
Ukrayna Luqansk vilayətinin bəzi məntəqələrini işğaldan azad edib

Luqanskın işğaldan azad edilməsinə başlanılıb, artıq rayonun bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib.

APA-nın xəbərinə görə, bunu Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday Telegram paylaşımında qeyd edib.

“Beləliklə, artıq rəsmidir. Luqanskın işğaldan azad edilməsi başlayıb. Bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib və Ukrayna Silahlı Qüvvələri həmin yerlərdə Ukrayna bayrağı qaldırırlar”, - deyə Hayday bildirib.

O, Luqanskın işğaldan azad edilməsinin davam etdiriləcəyini bəyan edib.

Son xəbərlər
Bütün xəbərlər »