Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Felis Azərbaycan "yarışmaya necə müraciət etmək olar" mövzusunda atelye təşkil edəcək
Felis Azərbaycan "yarışmaya necə müraciət etmək olar" mövzusunda atelye təşkil edəcək

Reklam və marketinq sənayesində effektiv və yaradıcı işləri mükafatlandıran Felis Azərbaycan, gələn həftə "müsabiqəyə necə müraciət etməli" mövzusunda atelye təşkil edəcək.

Bizimyol.info xəbər portalı tədbirin rəsmi media tərəfdaşı olaraq xəbər verir ki, Felis Azərbaycan üçün “müsabiqəyə necə müraciət etməli” mövzusunda atelye təşkil edəcək. Gələn həftə təşkil olunacaq atelyenin əsas hədəfi Felis Azərbaycan yarışmasına müraciət etmədən öncə nələrə diqqət etməli, necə "case video" hazırlamalı və müraciəti hansı formada etməli kimi mövzular müzakirə olunmasıdır.

Atelye, 11 oktyabr tarixində saat 15:00-da (GMT +4) baş tutacaq. Publicis Groupe tərəfindən təşkil olunan atelyedə şirkətin baş kreativ direktoru Ayşe Aydın çıxış edəcək.

Felis Azərbaycan öncəsi yarışma və yarışmaya müraciət haqqında məlumat almaq istəyən şəxslər atelyedə iştirak formunu doldura bilərlər. Forma buradan daxil ola bilərsiniz.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı Felis Mükafatları Azərbaycan tədbirinin rəsmi media tərəfdaşıdır. Reklam və marketinq sənayesində effektiv kreativliyin marketinq fəaliyyətlərindəki rolunu vurğulayan və kreativlik mühitinə faydası olan komandaların uğurlarını mükafatlandıran Felis Mükafatları çox yaxın zamanda Azərbaycandakı kreativ işləri görmək üçün gələcək və bu əsərlərin yaradıcıları ilə görüşəcək.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »