Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna Xerson bölgəsində əhəmiyyətli uğurlar əldə edib" - MTİ
"Ukrayna Xerson bölgəsində əhəmiyyətli uğurlar əldə edib" - MTİ

Ukrayna hərbçiləri Xarkov və Luqansk vilayətlərində irəliləyişlərini davam etdirərkən, Xerson vilayətində əhəmiyyətli uğurlar əldə edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Müharibə Tədqiqi İnstitutunun (MTİ) ekspertlərinin son hesabatında bəhs edilir.

Ukrayna Silahlı Qüvvələri (USQ) İnqulets çayının şərq sahilində bir neçə yaşayış məntəqəsini azad edərək Rusiya qoşunlarını Xerson istiqamətində geri çəkilməyə məcbur edib. Ukrayna Silahlı Qüvvələri Dnepr boyunca cənuba doğru irəliləməyə davam etdi və Xerson vilayətinin şimalında Rusiyaya məxsus iki quru əlaqə xəttini kəsərək Rusiya qüvvələrini Xerson-Dnepropetrovsk vilayətinin sərhədindən cənuba Berislava bölgəsi istiqamətində geri çəkilməyə məcbur edib.

MTİ ekspertləri vurğulayırlar ki, Ukrayna kampaniyası Rusiya Federasiyasının əlavə döyüş sursatları, ehtiyatlar, səfərbər edilmiş insanlar və müdafiə vasitələrinin qabaqcıl mövqelərə gətirilməsi tələblərinin qarşısını alır.

Bundan əlavə, Ukrayna qüvvələri Xarkov vilayətinin şərq hissəsində Svatovodan qərbə doğru irəliləməyə davam edərək, Oskol çayından kənara doğru irəliləyərək, Luqansk vilayətində Rusiya mövqelərini getdikcə daha çox təhdid edirdi.

MTİ-nun istinad etdiyi Rusiya mənbələri iddia edib ki, Svatovo-Kremennaya magistral yolu ərazisində döyüşlər davam edir.

Ukrayna hərbçiləri əks-hücum zamanı Xerson vilayətinin yaşayış məntəqələrini azad etməyə başlayıb. Belə ki, Baş Qərargah Arxangelsk və Myrolyubovkanın azad edilməsi barədə məlumat verib. Cəbhənin bu hissəsində döyüşlər getdikcə güclənir və Ukrayna Silahlı Qüvvələri azad edilmiş ərazilərdə möhkəmlənir.

Oktyabrın 4-də Müdafiə Nazirliyi Xerson vilayətinin Davydov Brod kəndinin azad edilməsi ilə bağlı məlumatı təsdiqləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »