Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Tacikistan prezidentini təbrik edib
İlham Əliyev Tacikistan prezidentini təbrik edib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona zəng edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, dövlət başçısı Tacikistan prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Bütün xəbərlər »