Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Kreml hər şeyi edir ki, müharibə döyüş meydanında bitsin"
Zelenski: "Kreml hər şeyi edir ki, müharibə döyüş meydanında bitsin"

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kreml müharibəni danışıqlar masası arxasında deyil, yalnız döyüş meydanında bitirmək üçün mümkün olan hər şeyi edir.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.

“Bu müharibənin danışıqlar masası arxasında deyil, yalnız döyüş meydanında bitməsi üçün bacardığı qədər hər şeyi edən Moskvadır. Rusiya Ukraynanın təcavüzü dayandırmaq və ərazimizi azad etmək barədə müxtəlif təkliflərinə terror, cinayətkar səfərbərlik və siyasi oyunlarla cavab verir. Bu isə dünyanın istənilən nöqtəsində istənilən dövlət üçün təhlükədir. Çünki kimsə qonşu xalqın ərazisini işğal etməyə-oğurlamağa cəhd edirsə, başqalarının da buna bənzər arzusu ola bilər”,- deyə o qeyd edib.

Prezident beynəlxalq hüquqa hörmət edən bütün beynəlxalq münasibətlər subyektlərini onun əsas prinsiplərini müdafiə etməyə və xüsusilə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipinə hörmətini təsdiq etməyə çağırıb.

Ukrayna mətbuatının məlumatına görə, Rusiya işğalçıları sentyabrın 23-27-də Ukraynanın 4 rayonunun işğal olunmuş hissəsində psevdoreferendum keçirib. Donetsk, Luqansk, Xerson və Zaporojyedə guya xalq Ukraynanı tərk edib Rusiyaya qoşulmaq haqqında "qərar qəbul edib".

Rusiya işğalçıları tərəfindən ələ keçirilən ərazilərin sakinləri psevdoreferendumda iştirak etmək istəmədikləri üçün işğalçılar onları silah gücünə səs verməyə məcbur edirdilər. Rusiya təbliğatının nümayiş etdirdiyi nəticələrə görə, “referendum” iştirakçılarının 90%-dən çoxu “hə” deyə səs verib.

Bir sıra ölkələr, xüsusən də Aİ və ABŞ dərhal saxta səsvermənin nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Buna baxmayaraq, Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da Ukraynanın dörd vilayətinin bir hissəsinin ilhaq olunduğunu bəyan edib və Kiyevə danışıqlar aparmağı təklif edib.

Bundan sonra Zelenski bildirib ki, "Putinlə heç vaxt danışmayacaq, çünki o ləyaqət və namusun nə demək olduğunu bilmir". Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu, amma Putinlə deyil, başqa Rusiya prezidenti ilə danışa biləcəyini demişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »